Nida.az
Müsavatda deputatlığa namizəd qalmaqalı - QARŞIDURMA
Müsavat Partiyasında deputatlığa namizəd məsələsi ilə
bağlı qalmaqal yaranıb.
Publika.az xəbər verir ki, qalmaqala səbəb
partiyanın Suraxanı rayon təşkilatının 30 saylı Suraxanı Birinci
Seçki Dairəsi üzrə Müsavat Məclisinin üzvü, ADR sədrinin birinci
müavini Vurğun Əyyubun namizədliyini müdafiə etməsidir.
“Deputatlığa namizədliyimi vermək fikrindəyəm. Suraxanı rayon
təşkilatı da bu addımı atarkən mənim mövqeyimi öyrəniblər”, - deyə
V. Əyyub bu barədə danışarkən deyib.
Deputatlığa namizədlər arasında ADR İdarə Heyətinin üzvü,
Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlinin də adı
çəkilir.
E. Məmmədli Publika.az-a açıqlamasında
namizədlik məsələsinin MQB-də müzakirə edilmədiyini
bildirib.
“Qadınlar arasında kimin namizəd olması məsələsi müzakirə
edilməyib. Hələlik bu barədə heç nə deyə bilmərəm. Vurğun Əyyuba
gəlincə, Suraxanı təşkilatının bu təşəbbüslə çıxış etdiyini
bilirəm. Həmin təşkilatın bütün üzvləri o rayon üzrə namizəd kimi
Vurğun bəyi görmək istədiklərini açıqlayıb”, - deyə o qeyd
edib.
Müsavat Partiyası rəhbərliyi isə məsələ ilə razılaşmır.
Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı Publika.az-a
açıqlamasında Vurğun Əyyubun namizədlər siyahısında adının
olmadığını deyib.
G.Aslanlı hazırda 50-yə yaxın şəxsin namizədliyinin irəli
sürüldüyünü bildirib: “Yaxın günlərdə həmin siyahı partiya
daxilində müzakirəyə çıxarılacaq və təsdiq olunacaq. Prosedura
görə, hansısa dairədən namizəd olmaq istəyən şəxs bu haqda
partiyaya məlumat verməlidir. Həmin şəxs seçki kampaniyasına azı
bir ay qalmış öz istəyini rəsmi şəkildə bildirməlidir. İndiyə qədər
əlimizdə olan siyahıda Vurğun Əyyubun adı yoxdur. Əgər o, namizəd
olmaq istəyərsə, bu haqda partiya rəhbərliyinə əvvəlcədən məlumat
verməlidir. Bu, dəyişməyən qaydadır. Əks təqdirdə, həmin şəxs
Müsavatın namizədi hesab olunmur. Eyni zamanda, partiyanın rayon
təşkilatı tərəfindən namizədliyi irəli sürülə bilməz”.
V. Əyyub isə mediaya açıqlamasında onun namizədliyini müdafiə edən
rayon təşkilatının məsələ ilə bağlı partiyaya müraciət etdiyini
bildirib.
Asif Nərimanlı
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı