Nida.az
Rasim Musabəyov: “Bundan sonra Bakı və Ankaranın geosiyasi çəkisi daha da artacaq”
“TANAP təkcə strateji qaz kəməri deyil, həm də Azərbaycanla Türkiyəni birləşdirən daha bir polad bağdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin
üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, Qarsda TANAP-ın təməlinin atılması Cənub Qaz
Dəhlizi layihəsinin reallığa çevrilməsi deməkdir: “TANAP geosiyasi
münasibətlər kontekstində Türkiyəni Rusiya qazının çatdırılmasından
asılılığını azaldacaq. Eyni zamanda, Avropa bazarında hələlik o
qədər də böyük görünməyən, lakin kifayət qədər əhəmiyyətli olan
Azərbaycan – Türkiyə tandemini yaradacaq. TANAP həm də Azərbaycan
və Türkiyəni bağlayan BTC və Bakı-Tiflis-Ərzurum kəmərləri,
Bakı-Tiflis-Qars dəmiryolu şəbəkəsində daha bir polad bağ
funksiyasını oynayacaq. Bu layihə Bakı və Ankaranın regionda və
dünyada geosiyasi çəkisini artıracaq”.
R. Musabəyov layihənin maliyyə-iqtisadi aspektinə də diqqət çəkir.
Onun sözlərinə görə, bu layihə həmçinin TAP daxili vəsaitlər
hesabına həyata keçiriləcək: “Bu addım təhlükəsizlik baxımından
səmərəlidir. Çünki İran təcrübəsi göstərdi ki, ehtiyatlarımızı
Rusiya, yaxud Qərb maliyyə institutlarına həvalə etsək, bu,
sonradan problemlərə gətirib çıxarır”.
Politoloq regionda yeni peyda olan “Türk axını” haqda da
danışıb.
“Bu layihənin taleyi hələ ki qeyri-müəyyən olaraq qalır. Avropa
“Türk axını”na inam bəsləmir. Digər tərəfdən, Ankara Rusiya ilə
qiymət məsələsində razılaşmadığı üçün Qara dənizin öz iqtisadi
zonasında kəşfiyyat işlərinə razılıq verməyə tələsmir. Ümumi
proseslər çox ləng gedir. Lakin qaz kəmərlərinin rəqabətində bazara
birinci çıxa bilmək çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR - VİDEO
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ