Nida.az
“Natiq Ədilov Fransada yaşamaq üçün satqınlıq edirdi”
“Əli Kərimli və onun dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların bu gün Fransada yüksək şəraitdə yaşamasının təmin olunmasını da təbii qarşılamalıyıq”.
Bunu Publika.az-a açıqlamasında BAXCP sədrinin
müavini Niyaməddin Orduxanlı AXCP mətbuat xidmətinin rəhbəri Natiq
Ədilovun Fransaya köçməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu gündən məşhur video sahibi olan Natiq
Ədilov da Fransada yaşayacaq: “Bütün günü gənclərin başını xarab
edib “bu yaxınlarda hakimiyyətə Əli Kərimli gəlir və hər birinizə
vəzifə verəcəyik” deyən adamın səsi Fransadan gəlir. Budur bunların
riyakarlığı. Əli Kərimli hakimiyyətə gəlirdisə, sən Fransada nə
gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardırlar.
Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb öz
siyasətlərinin qurbanına çevirənlərin iç üzləri açılmaqdadır. Bu
adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini
dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakimiyyətə
gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli
Kərimlinin yanında olmağın 3 faydası var: Birincisi, yaxşı qiymətə
satılmaq. İkincisi, xaricə informasiya verib (əvvəllər buna
“işverənlik” deyirdilər) və oradan gələn sifarişləri yerinə yetirib
dolanmaq. Üçüncüsü, xaricdə yaxşı yaşamağın yolu”.
BAXCP rəsmisi qeyd edib ki, Ə. Kərimlinin təsirinə düşən gənclər
başa düşməlidilər ki, bu adamlar ancaq öz həyat şəraitini
yaxşılaşdırmaq üçün “radikal müxalifət” libası geyinirlər.
“Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını -
Qənimət Zahidi, Aqil Xəlili, əmisi uşaqlarını, Natiq və s. şəxsləri
Fransada yaşamasını təşkil edir. Maraqlıdır, niyə bunlar Fransada
gedirlər? Hər kəs bilir ki Azərbaycanın düşməni olan Ermənistanın
Fransada çox güclü lobbisi var. Fransa dövləti də hər zaman
Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun
dəstəsinin üzvləri hər zaman Azərbaycan dövlətinin milli
maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək
şəraitdə yaşamasını təmin olunmasını təbii qarşılamalıyıq. Bu, Əli
Kərimlinin əsl simasını göstərən faktlardan biridir”, - deyə o
bildirib.
Asif
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı