Meriya Milli Şuranın mitinqinə razılıq verdi
Bizi izləyin

Nida.az

Meriya Milli Şuranın mitinqinə razılıq verdi

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Milli Şuranın aprelin 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətinə müsbət cavab verib.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı “facebook” səhifəsində yazıb.


“5 aprel mitinqinə Bakı Şəhər İcra Hakimiyyəti razılıq verdi”, - deyə o bildirib.


Onun sözlərinə görə, mitinq aprelin 5-i, saat 15:00-da Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək.


Qeyd edək ki, Milli Şuranın sonuncu mitinqi martın 15-də eyni adlı yerdə 600 nəfərin iştirakı ilə keçirilmişdi.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm