Spiker: “Ermənilərə qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz”
Bizi izləyin

Nida.az

Spiker: “Ermənilərə qaçqın statusu verilsə, Ermənistanda adam qalmaz”

“Andranik Qriqoryan kimi ağ bayraq qaldıran yeni ermənilərin bu cür meyilləri artmaqdadır. Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə ayrı siyasət yürütməliyik”.

Publika.az-ın məlumatına görə, bunu millət vəkili Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib. Daha sonra deputat deyib: "Biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı? Bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənmişik. Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etməliyik”.

Deputat İqbal Ağazadə də bu məsələyə münasibət bildirib. O qeyd edib ki, həmin ermənilərə Azərbaycan pasportu verilməlidir: “Dağlıq Qarabağdakı ermənilər bizim torpaqlarda anadan olub. Onların Azərbaycan tərəfindən bağışlanması üçün aiddiyyatı orqanlar qərar qəbul etməlidir. Dağlıq Qarabağdakı ermənilərə Azərbaycan tərəfindən qaçqın statusu verilə bilər”.

İqbal Ağazadənin bu fikirlərinə isə spiker Oqtay Əsədov cavab verib: “Əgər onlara qaçqın statusu verilsə, çox güman ki, Ermənistanda adam qalmaz.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm