Nida.az
Həmkarından reaksiya: “Aydın Abbasovun ölkədən getməsi boş söhbətdir”
“Baş nazirin sabiq birinci müavini Abbas Abbasovun oğlu, deputat Aydın Abbasov Türkiyəyə köçüb”.
Publika.az xəbər verir ki, bu iddia ilə “Azadlıq”
qəzeti çıxış edib.
Qəzet iddia edir ki, Aydın Abbasov bir müddət əvvəl ailəsi ilə
qardaş ölkəyə gedib.
“Onun geri qayıtmaq niyyəti yoxdur. Aydın Abbasovun hansısa
səbəbdən ölkədən getməsi barədə dəqiq bilgimiz yoxdur”, - deyə
qəzet yazıb.
Məsələ ilə bağlı Aydın Abbasovla əlaqə saxlamaq cəhdlərimiz
alınmadı.
Amma adının açıqlanmasını istəməyən deputat həmkarlarından biri
xəbəri təkzib edib.
“Milli Məclisin sonuncu iclasında Aydın Abbasov iştirak edirdi.
Çıxış etməsə də, iclasın gedişini izlədi. İki gün öncə keçirilən
bir tədbirdə də iştirak edirdi. Belə xəbərlər çox primitiv
yanaşmadır. Ona görə də buna baş qoşmaq lazı deyil”, - deyə Aydın
Abbasovun deputat həmkarı qeyd edib.
Asif
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO