33 siyasi partiya MSK-ya hesabat verməyib
Bizi izləyin

Nida.az

33 siyasi partiya MSK-ya hesabat verməyib

Azərbaycanda 33 siyasi partiya 2014-cü il üçün maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim etməyib.

Publika.az-ın məlumatına görə, bu barədə MSK-nın katibi Arifə Muxtarova deyib. Onun sözlərinə görə, aprelin 1-dək 55 siyasi partiyadan yalnız 22-si illik maliyyə hesabatlarını MSK-ya təqdim edib.

MSK sədrinin müavini Natiq Məmmədov “Siyasi partiyalar haqqında” qanuna edilən dəyişikliyə əsasən, bu ildən etibarən siyasi partiyaların illik hesabatlarının təqdim olunması ilə bağlı MSK-nın Katibliyinin strukturunda dəyişiklik edildiyini deyib.


“Bununla əlaqədar MSK-nın Katibliyində yeni sektor yaradılacaq”, - Məmmədov əlavə edib.

Həmçinin bildirilib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən dairə seçki komissiyaları müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına (MSK) təhvil veriblər.

MSK vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Bu prosesə ən gec may ayının sonuna qədər yekun vurulacaq və ölkə üzrə yenidən tərtib olunmuş vahid seçicilər siyahısı MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikası üzrə vahid seçicilər siyahısının tərtib olunması prosesinə yanvar ayının əvvəllərindən başlanıb. Seçki qanunvericiliyinə görə, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılır. Bu proses məntəqə seçki komissiyaları tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə seçki məntəqələrinin hüdudlarında həyata keçirilir. Seçki Məcəlləsinin tələblərinə əsasən məntəqə seçki komissiyaları məntəqə üzrə tərtib edilmiş seçici siyahılarını fevralın 5-dən gec olmayaraq müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm