Bayram Səfərov Türkiyə-Ermənistan sərhədlərinin açılmasından DANIŞDI
Bizi izləyin

Nida.az

Bayram Səfərov Türkiyə-Ermənistan sərhədlərinin açılmasından DANIŞDI

Türkiyənin bu bəyanatlarını və vədinə heç bir şübhəm yoxdur. Mənim bu barədə heç bir narahatlığım da yoxdur.

“Türkiyənin rəhbər şəxsləri sərhədlərin açılması məsələsi ilə bağlı bizə söz verib”. Bunu Publika.Az-a açıqlamasında “Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yenidən gündəmə gəlməsi məsələsinə münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapmayana kimi, Türkiyə Ermənistanla sərhədləri açmaz: “Türkiyənin dövlət rəhbərləri həm Azərbaycanda, həm də öz ölkələrində dəfələrlə bu barədə söz veriblər. Türkiyənin bu bəyanatlarını və vədinə heç bir şübhəm yoxdur. Mənim bu barədə heç bir narahatlığım da yoxdur. Bu cür məlumatlar erməni təxribatıdır. Bu cür təxribatlar Ermənistan tərəfindən dəfələrlə olub”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm