Adil Əliyev: “Papa heç nəyi dəyişə bilməyəcək”
Bizi izləyin

Nida.az

Adil Əliyev: “Papa heç nəyi dəyişə bilməyəcək”

“Təəssüf ki, Papa Fransisk heç bir tarixi əsası olmayan və Qərbin oyunu olan qondarma erməni “soyqırımı” haqqında cəfəng fikirlər səsləndirdi, bununla da özünü erməni keşişi kimi təqdim etdi”.


Bu barədə Publika.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Adil Əliyev bildirib.


Onun sözlərinə görə, ortada heç bir soyqırımı olmayıb: “Hansı soyqırımından söhbət gedə bilər ki, o zaman öldürülən və soyqırımına məruz qalan türk xalqı olub. Maraqlıdır, Ermənistan və erməni lobbisi nədən Türkiyənin ortaq tarixi komissiyanın yaranmasına maraq göstərmir? Deməli, ermənilər heç bir soyqırımı hadisəsinin baş vermədiyini yaxşı bilirlər. Arxivlərlə işləmək istəmirlər. Arxiv sənədləri ermənilərin 100 ildir ki, Türkiyəyə qarşı apardığı yalanlarını sübut edəcək.

Hətta bu gün müasir əcnəbi tarixçilər də ermənilərin yalanlarını alt-üst edirlər. Papa Fransisk isə çıxışı ilə tarixi ədalətsizliyə imza atdı. O, din xadimi idisə, çıxışını barış və sülh üzərində qurmalı, Ermənistanı ədalətli mövqe sərgiləməyə dəvət etməli idi. Ancaq Fransisk ermənipərəst çıxışı ilə bir daha Vatikanın erməni məsələsində mahiyyətini ortaya qoydu. Tarixi faktlara istinad etmədən edilən bu çıxışın bircə adı var: birtərəfli və qərəzli, ikiüzlü siyasət. Bunun başqa adı ola bilməz. Ermənilərin son 150 ildə Anadoluda, Azərbaycanda, Güney Azərbaycanda, Türküstanda törətdikləri soyqırımı siyasətinin izləri hələ də yaddaşlardan silinməyib. Tapılan toplu məzarlıqlar onların vəhşiliklərini gerçək faktlarla sübut edir. Çox uzağa getməyək, 1990-ci illərin sonlarında Qarabağda və Xocalıda yaşanan soyqırım hadisələri ermənilərin əməllərindən xəbər verir. Bunu o zaman xarici mətbuat da yazırdı”.


A. Əliyev qeyd edib ki, Papa Xocalı soyqırımını görmək istəmir: “Qondarma erməni “soyqırımını” müdafiə edən siyasətçilər gerçək faktları görmək üçün gözlərinə həqiqət eynəyi taxmalıdırlar. Papanın çıxışı heç nəyi dəyişməyəcək. Bu siyasət Türk dünyasına qarşı yönəlib. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Sonda sözümü İslam peyğəmbəri, həzrəti Məhəmmədin (s) sözü ilə yekunlaşdırmaq istəyirəm. İslam peyğəmbəri buyurur: “Mən ancaq gördüyümə və duyduğuma əsaslanaraq qərar verirəm: gizli şeylər isə Allaha aiddir, onlara yalnız o qarışır””.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm