Bakıdakı Britaniya səfirliyinin viza şöbəsi bağlanır
Bizi izləyin

Nida.az

Bakıdakı Britaniya səfirliyinin viza şöbəsi bağlanır

Britaniya vizası üçün müraciətlər aprelin 1-dən sonra ölkənin Azərbaycandakı səfirliyində yox, Bakının mərkəzində yerləşən özəl xarici şirkətdə qəbul ediləcək, Britaniya səfiri deyir.Publika.Az xəbər verir ki, Britaniyanın dünyada 300-dən çox viza mərkəzlərini idarə edən şirkətlə müqavilə 1 apreldə qüvvəyə minəcək, səfir İrfan Sıddıq BBC Azərbaycancaya müsahibəsində deyib.

Onun sözlərinə görə, artıq müraciətlərin qəbul ünvanın yenilənməsi ilə əlaqədar işlərə başlanılıb.Fevraldan isə, müraciət edənlərə təklif edilən viza xidmətlərinə müəyyən dəyişikliklər edilməyə start veriləcək.

Bu dəyişiklərə dünya boyunca müraciət ünvanlarının artırılması aiddir. Həmçinin ola bilər ki, bəzi ölkələrdə iş saatı azaldılsın, yaxud az müraciət alan viza mərkəzləri müraciət edənlərdən təklif edilən xidmətlər müqabilində xidmət haqqı alsın.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm