Nida.az
Belçikada müsəlmanlarla bağlı şok çağırış – İrqçiliyin son həddi
Belçikada irqçi Flaman Mənfəəti partiyası müsəlmanları ölkədən qovmağa çağırıb.
Publika.az xəbər verir ki, partiya Anvers
şəhərində müsəlmanların kompakt yaşadığı məhəllələrdə
“Qərbin əxlaqsız olduğunu düşünənlər, İslamın
müqəddəslərinin lağa qoyulmasına qarşı olanlar Belçikaya bir daha
dönməmək şərti ilə müraciət etsələr, onlara gəldikləri yerlərə
qayıtmaq üçün təyyarə bileti veriləcək” sözləri yazılan
broşürlər paylayıb.
Partiyanın əsas simalarından olan Filip Devinter bildirib ki, onlar
müsəlmanları ölkədən çıxaracaqlar.
“Qoyunu keçilərdən ayırmağımız lazımdır”, - deyə o irqçi ifadələr
işlədib.
O, İslam dininin radikal din olduğunu iddia edib: “Müsəlmanların
ölkədən getməsi Belçikaya itki yox, qazanc verəcək”.
Lakin Flaman Mənfəətinin müsəlmanları ölkədən çıxarmaq üçün
apardığı kampaniyaya sponsor axtarışı nəticə verməyib. Belə ki,
indiyə qədər ölkədən getmək üçün 32 nəfər müraciət etsə də, partiya
cəmi 10 təyyarə bileti əldə edə bilib.
Qeyd edək ki, Filip Devinter federal parlamentdə qaldırdığı
Qurani-Kərimi “bütün pisliklərin qaynağı” adlandıraraq təhqir
etmişdi.
Asif Nərimanlı
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü
-
Region12:07
Etirazçılar Paşinyanın yerinə kimi gətirir? - Baqrat açıqladı
-
Nida Xəbər 11:46
Baqrat impiçment başlatdı: Nikol gedir, yoxsa...
-
Ekologiya11:31
Bu ölkə böyük təhlükə ilə üz-üzədir: qarşısı alınmasa...
-
Nida Xəbər 11:00
Binəqədidə Ulu Öndərə həsr olunmuş tədbir keçirildi - FOTO
-
Region10:23
İrandan bu güzəştləri tələb edirlər, əks halda müharibəyə cəlb olunacaq - Rəisidən etiraf
-
Region09:36
Paşinyana qarşı üsyanda Köçəryan izi: Ayağında “problem” olan keşiş oteldə tapıldı - FOTO