Səxavət Əlisoy: “Arif Hacılı özünü raykom katibi kimi aparır”
Bizi izləyin

Nida.az

Səxavət Əlisoy: “Arif Hacılı özünü raykom katibi kimi aparır”

“Arif Hacılı özünü kommunist dönəmindəki raykom katibi kimi aparır”.


Bunu Publika.az-a açıqlamasında hazırda Almaniyada səfərdə olan ADR sədrinin özəl institutlar və sahibkarlarla iş üzrə müavini Səxavət Əlisoy deyib.


Onun sözlərinə görə, Müsavat Məclisinin deputatlığa namizədlərlə bağlı qəbul etdiyi anormal təlimat əslində partiyanı rəhbərliyinin zehniyyətində problem olduğunu sübut edir: “Orda avtoritar bir üsul-idarə formalaşmaqdadır. Arif Hacılı özünü tərtəmiz kommunist dönəmindəki raykom katibi kimi aparır. Ətrafındakılar isə ADR Hərəkatına düşmən mövqe sərgilədiklərindən rasional düşünmədən məhrum olublar. Bu yolla hara qədər gedəcəklər? Bunu çox yaxın zamanda görəcəyik”.


S. Əlisoy Almaniya səfərinin şəxsi işlərlə bağlı olduğunu desə də, ADR-in Avropa qolunun yaradılması haqda deyilənləri təkzib etməyib.


“Məhz bu məqsədlə London, Hollandiya və Almaniyada görüşlərim oldu. Türkiyədə də ADR Hərəkatına qoşulmaq istəyən çox sayda soydaşımız var. Düşünürəm ki, həm Avropada, həm də qardaş Türkiyədə ADR Hərəkatının güclü qolları yaranacaq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm