Rüstəm İbrahimbəyov: “Ukrayna parçalana bilər“
Bizi izləyin

Nida.az

Rüstəm İbrahimbəyov: “Ukrayna parçalana bilər“

"Mən Ukraynadakı prosesləri ürəkağrısı ilə izləyirəm. Ölənlər, yaralananlar var. Ölkədə qan tökülüb. Proseslərin müsbət sonluqla bitəcəyini arzulayıram. Amma buna ümid azdır. Ukrayna parçalana bilər".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Ukraynada baş verənlərə münasibət bildirərkən qeyd edib.

"Ukraynada baş verənlərdə Rusiyanın əli varmı" sualına R.İbrahimbəyov belə cavab verib: "Dəqiq deyə bilmərəm. Amma Ukraynadakı proseslərdə xarici qüvvələrin, o cümlədən, Rusiyanın marağı var. Amma bu maraqlar hansı dərəcədədir və nədən ibarətdir onu deyə bilmərəm".

"Ukrayna müxalifəti hakimiyyətə gələ bilərmi" sualını kinorejissor belə cavablandırdı: "Bu cür mübarizə ilə hakimiyyətə gəlmək müsbət şey deyil. Qan tökməklə hakimiyyətə gələndə, hakimiyyətdə qalan da məsuliyyət daşıyır. İstəməzdim ki, Ukraynada belə hallar yaşansın".

R.İbrahimbəyov əlavə etdi ki, o, artıq siyasətlə maraqlanmır, yeni film üzərində çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm