Xədicə İsmayılın yaydığı sənədi kim hazırlayıb? - TƏFƏRRÜAT
Bizi izləyin

Nida.az

Xədicə İsmayılın yaydığı sənədi kim hazırlayıb? - TƏFƏRRÜAT

MTN-nin keçmiş polkovniki, hazırda Fransada yaşayan Ramin Nağıyevin X. İsmayıla göndərdiyi sənədlə bağlı sosial şəbəkələrdə aparılan danışıqlar bəi məqamları ortaya çıxarıb.


Jurnalist Xədicə İsmayılın bayraqdar, KXCP üzvü Elman Türkoğlunun MTN tərəfindən ələ alındığı və ona ayda 600 manat pul verildiyi haqda yaydığı sənəd saxta imiş. Publika.Az xəbər verir ki, MTN-nin keçmiş polkovniki, hazırda Fransada yaşayan Ramin Nağıyevin X. İsmayıla göndərdiyi sənədlə bağlı sosial şəbəkələrdə aparılan danışıqlar bəi məqamları ortaya çıxarıb.

X. İsmayıl yazıb ki, Ramin Nağıyevin ona göndərdiyi faylı yayanda ordan adı və detalları silib ki, heç kimə qara yaxmaqda vasitə olmasın: “Prokurorluqdan da xahiş etmişəm ki, açıqlama versələr, adamın adını açıqlamasınlar. Sizi də eyni cür hərəkət eləməyə çağırıram. Bir qədər həssaslıq göstərin. Adamların ailələri, uşaqları var”.

Onun bu açıqlamasında münasibət bildirən R. Nağıyev isə onunla razı olduğunu, bundan şantaj vasitəsi kimi istifadə edilməyin əleyhinə olduğunu bildirib. Qeyd edib ki, bu sənədi rəy verməsi üçün ona bir jurnalist göndəribmiş: “Mən sənədin mənasız bir şey olduğunu anladım. 10 il MTN-də işləmiş bir şəxs kimi bunun saxta olduğunu dərhal anladım və bir neçə jurnalistə göndərdim ki, araşdırsınlar. Amma bunu çap etmək, tirajlamaq üçün etməmişdim. Sadəcə araşdırılması üçün etdim”.

Daha sonra sənədi R. Nağyeva göndərən jurnalistin də kimliyi məlum olub. Bu, “Azadlıq” qəzetinin keçmiş baş redaktoru, hazırda Fransada yaşayan Qənimət Zahiddir. Q. Zahid özü məlumat verib ki, sənədi o göndərib: “Həmin “sənəd”lə bağlı ona mən müraciət etmişdim, o da mənə belə cavab vermişdi. Mən isə bunu Mustafa Kozlu adlı FB istifadəçisinin profilindən götürüb ona yollamışdım”.

“Məxfi sənəd”in yayılması xəttinə nəzər saldıqda da ortaya suallar çıxır. Belə ki, bu sənəd X. İsmayıla Ramin Nağıyev tərəfindən göndərilib. R. Nağıyevə isə Qənimət Zahid göndərib. Q. Zahid deyir ki, bunu M. Kozlunun profilindən götürüb. Bu kanal suyun hardan buraxıldığına diqqəti çəkir.
X. İsmayıl: AXCP-yə yaxınlığı, özünün keçmiş "Yurdçu"lardan olduğu məlumdur. Hətta digər partiya sədrləri bildirirlər ki, X. İsmayılı "Azadlıq radiosu"na dəvət etdiyi bütün müxalifət liderlərini sıxma-boğmaya salır, bircə Əli Kərimlidən savayı.

Ramin Nağıyev- keçmiş MTN-çidir, hazırda Fransada yaşayır və daha çox "Azadlıq radiosu" və “Azadlıq” qəzeti ilə əməkdaşlıq edir.Yəni Əli Kərimlinin çevrəsidir.

Q. Zahid- “Azadlıq” qəzetinin uzun illər baş redaktoru olub. Hazırda mühacirətdə olsa da eyni komanda təmsil olunduğu ortadadır, həmçinin qəzetlə də əlaqələri pozulmayıb.

Mustafa Kozlu- Mətbuatda yazılanlara görə, AXCP-nin gizli profillərindəndir. Bu səhifədə apardığımız araşdırmada da bu müəyyən mənada təsdiqlənir. Belə ki, profil haqqında yalnız bir məlumat var: cinsiz-kişi.

Profilin fotosu da AXCP-nin loqosudur. Onun yazdığı statuslar, həmçinin bildirdiyi şərhlərdə də cəbhəçi tərəfdarı olduğu anlaşılır. Lakin maraqlı məqamlardan biri budur ki, E. Türkoğlu haqqında M. Kozlunun səhifəsində yayılan sənəd 2011-ci ilin 24 oktyabr tarixində yerləşdirilib. Amma fotoya yazılan şərhlərdə M. Kozlu sanki Əli Kərimlinin qisasını alırmış kimi şərhlər yazıb. Bu isə E. Türkoğlu ilə Ə. Kərimli arasındakı qarşıdurma baxımından diqqət çəkir.

Qeyd edək ki, sözügedən sənəddə bildirilir ki, E. Türkoğlu MTN-nin kapitanı Samir Şükürov tərəfindən ələ alınıb, ona nazirliyin büdcəsindən hər ay 600 manat ödənilmək əvəzində müxalifət düşərgəsində casus kimi fəaliyyət göstərilməsi barədə razılıq əldə olunub. Sənəddə E.Türkoğluna təsir vasitəsi kimi narkotik maddə olduğu göstərilir, həmçinin onun 4 nəfərlə seksual hərəkətdə olduğu zaman lentə alınmış kadrları var.

E. Türkoğlu isə bunu təkzib edir və sənədin hazırlanıb yayımlanmasında AXCP sədri Əli Kərimlini ittiham edir. Artıq o, bununla bağlı Əli Kərimlini, AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilovu və jurnalist X. İsmayılı məhkəməyə verəcəyini bildirib. Bayraqdar bu cür sənədin hazırlanmasını və yayımlanmasını qeyri-etik adlandırıb. O, Əli Kərimlini seksual hərəkətlərdə ittiham edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm