Nida.az
İƏT Azərbaycanın ərazi bütövlüyünün bərpası səylərini dəstəkləyir
İslam Əməkdaşlıq Təşkilatının baş katibi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib.Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin verdiyi məlumata görə, Xocalı şəhərində baş vermiş soyqırımın 22-ci ildönümü ilə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi İyad bin Amin Mədəni 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş vəhşiliklərin nəticəsində həyatını itirmiş günahsız insanların xatirəsini yad edib.
Baş katib Ermənistan tərəfindən Azərbaycan ərazilərinin
işğalının Xocalı soyqırımının törədilməsinə zəmin yaratdığını qeyd
edib. Həmçinin o, 2013-cü ildə Qvineyanın paytaxtı Konakri
şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı
iclası zamanı qəbul edilmiş və Azərbaycanın işğal olunmuş
ərazilərində Azərbaycan əhalisinə qarşı törədilmiş qətliamı
insanlığa qarşı cinayət kimi tanıyan qətnaməyə istinad
edib.
İyad bin Amin Mədəni Azərbaycan Respublikasının öz ərazilərinin
işğalına son qoyulması və ərazi bütövlüyünün bərpası naminə həyata
keçirdiyi təşəbbüs və səylərin İƏT tərəfindən tam şəkildə
dəstəkləndiyini bir daha bəyan edib.
Həmçinin İyad bin Amin Mədəni Xocalı soyqırımı zamanı həyatını
itirmiş şəxslərin yaxınlarına dərin hüznlə başsağlığı verib.
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin126 Aprel 20:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya26 Aprel 19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi