Türkiyədə telefonları dinlənən azərbaycanlılar - Siyahı
Bizi izləyin

Nida.az

Türkiyədə telefonları dinlənən azərbaycanlılar - Siyahı

Dövlət içərisində dövlət qurmaq istəyən qüvvələrin telefonlarını dinlədikləri jurnalistlərin adları açıqlanıb.

“Axar.az”ın məlumatına görə, dövlətlə paralel olaraq fəaliyyət göstərən təşkilat aralarında jurnalistlərin, QHT üzvlərinin, siyasətçilərin, alimlərin və bürokratların da olduğu 7 min adamı dinləyib. Həmin şəxslərin arasında Azərbaycandan da 2 şəxsin adı yer alıb. Bunların biri tanınmış jurnalist Sevil Nuriyevadır. Qeyd edilir ki, jurnalistin xanımın 00905416142 nömrəli telefonu həmin qüvvələr tərəfindən dinlənilib.

Azərbaycandan dinlənilən ikinci şəxs isə hazırda həbsdə olan ilahiyyatçı Hacı Taleh Bağırovdur.
Sevil Nuriyevanın yazıda göstərilən nömrəsi ilə əlaqə saxladıq. Nömrə işləmədiyindən zəngimizə cavab verən olmadı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm