Kamal Abdulla yeni vəzifədə nə edəcək? - Sabiq dövlət müşaviri danışır
Bizi izləyin

Nida.az

Kamal Abdulla yeni vəzifədə nə edəcək? - Sabiq dövlət müşaviri danışır

Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Slavyan Universitetinin rektoru Kamal Abdulla vəzifəsindən azad olunub. K. Abdulla Azərbaycan Respublikasının millətlərarası multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri təyin edilib.

Bu məsələlər üzrə ilk dövlət müşaviri olmuş millət vəkili Rasim Musabəyov Publika.Az -a açıqlamasında xidmətin yenidən bərpa olunmasını şərh edib. O bunun yalnız və yalnız işinə xeyrinə olacağını düşünür: “Mən dövlət müşaviri olanda daha çox etnik məsələlərlə məşğul idim, nəinki dini məsələlərlə. Xüsusilə Qarabağ konfliktinin həlli ilə məşğul olmuşam. Çünki bu da etnik münaqişə hesab olunurdu. Lakin mənim dövrümdə xidməti tam formalaşdırmaq qismət olmadı. Mən tək idim, bir də konsultant var idi. Vəssalam. Sonradan Hidayət müəllimin dövründə xidmət formalaşdı, ştatlar açıldı”.

R. Musabəyov qeyd edib ki, ölkədə dini məsələlərdə gərginlik hiss olunursa və dövlət bununla bağlı xüsusi bölmə yaratmaq zərurəti görürsə, bu, müsbətdir: “Amma bu məsələni daha yaxşı Prezident Administrasiyasının rəhbərliyi şərh edə bilər. Mən hesab edirəm ki, bu məsələlərin koordinasiya edilməsi məqsədi üçün xidmətin bərpası bəlkə də lazımdır.

Bildiyim qədər bu işlərlə Prezident Administrasiyasının İctimai- siyasi məsələlər şöbəsi məşğul olurdu. İndi dini və etnik məsələlərlə bağlı xüsusi xidmət olması məqsədəuyğun hesab olunursa, bu, yalnız və yalnız işin xeyrinə ola bilər”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm