Nida.az
Londonda akademik Ramiz Mehdiyevin kitabının təqdimatı olub - FOTOLAR
Londonda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ: məxəzlərdən oxunmuş tarix” kitabının ingilis dilində nəşrinin təqdimatı olub.
Tədbirdə yerli və xarici elm adamları, ictimaiyyət nümayəndələri,
diplomatik korpusun təmsilçiləri o cümlədən Rusiyanın Böyük
Britaniyadakı səfiri Yakovenko Aleksandır Vladimiroviç iştirak
edib.
Britaniyada fəaliyyət göstərən beynəlxalq hüquq təşkilatının
həmsədri Kamran Balayev tədbir haqqında məlumat verib, kitabın elmi
və siyasi əhəmiyyətindən danışıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə kitab
haqqında geniş məlumat verib. Bildirib ki, əsərdə Azərbaycanın
Dağlıq Qarabağ regionunun tarixi, o cümlədən Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri araşdırılıb.
Nəşrin elmi dəyərinin böyük olduğunu diqqətə çatdıran səfir,
kitabın maarifləndirici məlumat kimi Qafqaz bölgəsində baş verən
hadisələr, ölkələrin bir birləri ilə münasibətləri və doğma
torpaqlarımıza qarşı edilən təcavüz haqqında maraqlı faktları əhatə
etdiyini bildirib. Kitabın həmçinin tədris əhəmiyyətindən bəhs edən
diplomat qeyd edib ki, uzun illərdir davam edən bir ədalətsizlik
var və münaqişənin tezliklə həllini tapması bölgə üçün vacibdir.
Danışıqlar prosesi, problemin həlli yolları və bunların gələcək
nəsillərə çatdırılması üçün münaqişə ilə bağlı tədris davam
etdirilməlidir.
Kitabın müəllifi akademik Ramiz Mehdiyev haqqında məlumat verən
T.Tağızadə onun həm siyasətçi, həm də elm adamı olduğunu diqqətə
çatdıraraq kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı həm siyasi, həm də elmi nöqteyi-nəzərdən ətraflı
təhlillər aparıldığını vurğulayıb. Müəllif çox sayda ilkin mənbələr
və elmi ədəbiyyat əsasında, ilk növbədə, xarici dillərdə və erməni
dilində mənbələrdəki təkzibolunmaz faktlara istinad edərək Dağlıq
Qarabağın ən qədim dövrlərdən Azərbaycanın ayrılmaz tərkib hissəsi
və xalqımıza məxsus olması barədə tarixi həqiqəti oxuculara
çatdırır. Əsərdə zəngin tarixi faktlar əsasında mühüm elmi-nəzəri
ümumiləşdirmələr aparılmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin
həllinə mane olmaq üçün məqsədyönlü şəkildə törədilən süni
əngəllərə də münasibət bildirilir. Dağlıq Qarabağın tarixi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kontekstində
araşdırılır.
AZƏRTAC
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO