Nida.az
Qafar Çaxmaqlı: “Çanaqqalada şəhid olan azərbaycanlılarla bağlı araşdırma aparılmalıdır”
“Çanaqqalada Azərbaycan türkləri də çox böyük qəhrəmanlıq göstəriblər. Onların bir neçəsinin adı da məlumdur. Lakin bu, onların sayının az olduğu demək deyil. Bu savaşda minlərlə azərbaycanlı da şəhid olub”.
Bu barədə Publika.az-a açıqlamasında Erməni
Araşdırmalar Mərkəzinin sədri, tarixçi Qafar Çaxmaqlı deyib.
Onun sözlərinə görə, Azərbaycan coğrafiyası indiki Azərbaycanla
məhdudlaşmamalıdır: “O zaman Osmanlı dövlətini tərkibində
Azərbaycan türkləri də vətəndaş olaraq səfərbər edilmişdi. Onların
məzarı üzərində hardan olduqları yazılmırdı. Bununla belə, Qafqaz
türklərindən ibarət könüllü birliklərin Çanaqqalada döyüşdüyü
təsdiq olunmuş faktdır. Bununla bağlı Osmanlı arxivlərində sənədlər
var”.
Q. Çaxmaqlı qeyd edib ki, Azərbaycan tarixçiləri bununla bağlı
araşdırmalar aparmalıdır.
“Mən türkiyəli tarixçilərlə bu məsələni danışmışam. Onlar hər cür
kömək etməyə hazır olduqlarını deyirlər. Azərbaycan bu məsələyə
diqqət ayırmalı və bununla bağlı tarixçilərimiz araşdırma
aparmalıdır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?