İlham Əliyev: "Forum vacib məsələlərin həlli üçün unikal imkandır - FOTO
Bizi izləyin

Nida.az

İlham Əliyev: "Forum vacib məsələlərin həlli üçün unikal imkandır - FOTO

III Qlobal Açıq Cəmiyyətlər Forumu vacib məsələlərin həlli üçün sabiq prezidentlər, baş nazirlər, siyasətçilər, dövlət xadimlərinə gözəl imkan təqdim edir.

Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 28-də Bakıda III Qlobal Açıq Cəmiyyətlər Forumunın açılış mərasimində çıxışı zamanı deyib.

İlham Əliyev bildirib: “Mən çox şadam ki, hazırda biz Bakıda belə vacib, nəzərə çarpan beynəlxalq tədbir təşkil etmişik”.

Prezidentin sözlərinə əsasən, Forum üzləşəcəyimiz məsələləri müzakirə etmək, eləcə də bütün dünyada müşahidə edilən gərginliyi azaltmaq üçün unikal imkan təqdim edir.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların görüşdüyü yer olub: “Azərbaycan Avropa və Asiya arasında təbii coğrafi körpüdür. Və əminəm ki, bu hazırda Avropa və müsəlman dünyası arasında mədəni və siyasi körpüdür”.

İlham Əliyev deyib: “Cəmiyyətimizdə multikultiralizm ənənələrinin çox dərin kökləri var. Azərbaycanda siyasi strukturun formasından asılı olmayaraq müxtəlif millətlər, etnik qruplar, bütün dinlərin nümayəndələri ölkəmizdə həmişə sülh şəraitində və ləyaqətlə yaşayıblar. Bax buna görə də Azərbaycan müstəqil dövlət olanda ölkə multikultiralizmin dünya mərkəzlərindən birinə çevrildi”.

Prezidentin sözlərinə əsasən, Azərbaycan may ayında Mədəniyyətlərarası Dialoq üzrə III Beynəlxalq Forum keçirəcək: “Hər il Beynəlxalq Humanitar Forum təşkil edirik. Forumda ilk növbədə dünyanın müxtəlif millətləri arasında dinc yaşamaq, etimadın möhkəmləndirilməsi və gərginliyin azaldılması məsələləri müzakirə olunur”.

Dövlət başçısı əlavə edib ki, dərin tarix və mədəniyyətə malik olan Azərbaycan 20 ildən artıqdır ki, müstəqil dövlət kimi mövcuddur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm