General: “Avropa Oyunlarında dünya Azərbaycana heyran olacaq”
Bizi izləyin

Nida.az

General: “Avropa Oyunlarında dünya Azərbaycana heyran olacaq”

“Azərbaycan I Avropa Oyunları zamanı öz təşkilatçılığı ilə dünyanı heyran qoyacaq. Biz buna inanırıq və keçmişdəki təcrübə bunu deməyə əsas verir”.


Bunu Publika.az-a açıqlamasında Krımdakı Azərbaycan diasporunun üzvü, general Fəzail Həsənov deyib.


Onun sözlərinə görə, bu oyunlar zamanı Azərbaycan öz gücünü bütün dünyaya təqdim edəcək: “Tədricən bütün ölkələr Azərbaycanın nəyə qadir olmasına bələd olur. Bu gün ölkəmiz olduqca iri addımlarla irəliləyir. Qısa dövr ərzində ölkəmizin idman infrastrukturu müasir standartlara uyğun yenidən qurulub, çoxlu sayda beynəlxalq miqyaslı idman obyektləri yaradılıb, təhlükəsizlik, nəqliyyat, qonaqların və idmançıların yerləşdirilməsi və digər məsələlər uğurla həll olunub”.


F. Həsənov oyunlar zamanı Bakıda olmaq arzusunda olduğunu qeyd edib.


“Əminəm ki, Azərbaycan dünyanı heyran qoyacaq. Xaricdə yaşayan azərbaycanlılar belə gözəl tədbirlər zamanı vətəndə olmağı həmişə istəyirlər. Hesab edirəm ki, Azərbaycanın oyunlarla bağlı təşkilatçılığı bütün dünyanı idmana hörmət bəsləməyə səsləyəcək. Biz hər zaman Azərbaycanımızın irəliləməsini istəyirik. Bu gün ölkəmiz inkişaf edir, uğurlar qazanır. Bu, bizi çox sevindirir”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm