Səfir: "Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq"
Bizi izləyin

Nida.az

Səfir: "Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq"

"Azərbaycan heç zaman torpaqlarının işğalı ilə barışmayacaq və gec-tez öz ərazi bütövlüyünü bərpa edəcək".

Publika.az-ın məlumatına görə, bunu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov “Milliyet” qəzetinə müsahibəsində bildirib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı ilə bağlı həyata keçirdiyi strategiyadan danışan səfir qardaş ölkələrimiz arasında əlaqələrin inkişafında Ulu Öndərin tarixi xidmətlərindən, Xəzər dənizinin Azərbaycan sektorundakı karbohidrogen ehtiyatlarının işlənilməsi məqsədilə 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” və ondan qaynaqlanan digər beynəlxalq əhəmiyyətli iqtisadi layihələrin önəmindən də bəhs edib.

F.Bağırov Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs sayəsində Azərbaycanın regionda yeni güc mərkəzinə çevrildiyini xatırladıb.

Daha sonra diplomat deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm