ABŞ kəşfiyyatının leqal mərkəzi: “İrandan Bakıya doğru əllər uzanır”
Bizi izləyin

Nida.az

ABŞ kəşfiyyatının leqal mərkəzi: “İrandan Bakıya doğru əllər uzanır”

Amerika xüsusi xidmət orqanlarının leqal üzvü olduğu iddia olunan “Stratfor” beyin mərkəzi İranla Səudiyyə Ərəbistanı arasında olan qarşıdurma, Yəmən böhranı və İslam aləmində sünni-şirə müharibəsi haqda məqalə ilə çıxış edib.

Publika.az xəbər verir ki, məqalədə əhalisinin əksəriyyətinin şiə müsəlmanı olan Azərbaycanın daim İranın marağında olduğu xüsusi vurğulanır: “2011-ci ildə aparılan tədqiqata görə, dörd ölkənin əksər əhalisi şiə müsəlmanıdır: İran, Azərbaycan, Bəhreyn və İraq. Lakin digər ölkələrdə də şiə azlığı var. Misal üçün, Yəmən, Küveyt, Səudiyyə Ərəbistanı, Əfqanıstan, Pakistan, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Qətər və Oman. Şiələr həmçinin Livanda da böyük qrup halında yaşayır. Eyni zamanda, Hindistanın müsəlman əhalisinin də təxminən 80 faizini şiələr təşkil edir. Şiələr bu ölkələrdə zaman-zaman hakimiyyət başına keçiblər. Lakin bu çox da uzun müddət ərzində olmayıb. Misal üçün, Səfəvi imperiyası yaranan qədər onun nəzarət etdiyi ərazilərdə hakim sünnilər idi. Səfəvilər isə böyük bir ərazidə şiə dövləti qura bilmişdi. Bu imperiyanın rəqibi olan Osmanlı sünnilərin nəzarətində idi”.

“Stratfor” qeyd edir ki, günümüzdə şiələrin əsas dövlət strukturu İranda öz əksini tapır: “1979-cu ildə İranda İslam inqilabı baş verdi və rəsmən şiə respublikası quruldu. İran indi hərbi və coğrafi baxımdan güclü şiə dövlətidir. Tehran ruhaniləri ərəb dünyasını da qismən təsir altında saxlaya bilirlər. İran öz təsir imkanlarını daima genişləndirmək istəyir. Bu ölkə Azərbaycanda şiə əksəriyyətinin olmasından istifadə edərək bura təsir etməyə çalışır. Azərbaycan öz dünyəviliyi ilə həmişə seçilib. Lakin onun bu xüsusiyyəti daim Tehran ruhanilərində qıcıq yaradıb və bu gün də İrandan Bakıya doğru əllər uzanır”.

Məqalədə İranın Ərəb dünyasına təzyiq imkanları qeyd olunur və Yəmən böhranı buna nümunə kimi göstərilir. Beyin mərkəzi İranın bundan sonra təsir imkanlarının genişləndirmək üçün daha geniş istiqamətdə fəaliyyətə başlayacağını xüsusi vurğulayır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm