Nida.az
Sabiq baş prokuror: “Azərbaycanda siyasi məhbus yoxdur”
Azərbaycanın sabiq baş prokuroru Əli Ömərov son vaxtlar bəzi xarici təşkilatlar tərəfindən ölkədəki “siyasi məhbus” adlandırılan şəxslərlə bağlı hazırlanan hesabatlara münasibət bildirib.
Ə.Ömərov Publika.az-a açıqlamasında deyib ki, Azərbaycanda olan məhbusların hamısı törətdikləri konkret cinayət əməlinə görə həbs olunublar: “Bunu siyasətə bağlamaq düzgün deyil. Çünki Avropa Oyunları ərəfəsində siyasi məhbus məsələsi qabardılır, ancaq bunun idmanla nə əlaqəsi var? Azərbaycana gələn yarışa gəlir, məhbusun həyat tərzini öyrənməyə gəlmir ki, onun haqqında təsəvvür yaransın.
Əgər hər hansı bir şəxs konkret törətdiyi cinayət əməlinə görə həbs olunursa, ona siyasi məhbus demək olmaz. Siyasi məhbus o adama deyirlər ki, o heç bir günahı olmadan, hakimiyyətə fərqli münasibəti olduğu üçün həbs olunur və sairə. Azərbaycanda isə belə faktlar mövcud deyil. Azərbaycanda siyasi məhbus adlandırılan şəxslərin hamısı törətdikləri konkret cinayət əməlinə görə həbs olunublar”.
Vasif Həsənli
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?