Nida.az
Müsavatın dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə müraciət olundu
Müsavat Partiyasının dövlət qeydiyyatının ləğvi üçün Ədliyyə Nazirliyinə şikayət olunub.
Publika.az xəbər verir ki, ötən həftə partiya
qərargahı önündə etiraz aksiyası təşkil etdiyi üçün Müsavatdan
xaric olunan Suraxanı rayon təşkilatının keçmiş sədri Rövşən
Dəmirli nazirliyə şikayət etdiyini açıqlayıb.
O, partiyanın düşdüyü hazırkı vəziyyətdən başqa çıxış yolu
görmədiyini diqqətə çatdırıb: “Müsavat Partiyasının uzun müddət
bundan əvvəl qarşısına qoyduğu məram və məqsəd son qurultaydan
sonra kiçik bir qrupun maraqlarına xidmət etməyə yönləndirilib.
Nizamnamə və ideologiya ayaqlar altına alınaraq tapdalanır, fərqli
fikir nümayiş etdirən insanlar ağına-bozuna baxmadan partiyadan
xaric edilir, rəhbərliyin nəzarətində olmayan rayon təşkilatları
buraxılır, partiya kiçilərək cırtdanlaşır. Mən bütün bunları ürək
ağrısı ilə izləsəm də, qarşısını almaqda acizəm.
Bilirəm ki, qəlbi müsavatçılıq ideologiyası ilə döyünən, illərini bu ideologiyanın yayılmasına sərf edən insanlar da bu durumdan çox narahatdır. Mən artıq qəti qərara gəlmişəm. Partiyanın bu durumundan, addımbaşı Nizamnamə pozuntuları ilə müşayiət olunan fəaliyyətdən narazılığımı dilə gətirərək, Ədliyyə Nazirliyinə müraciət edim. Təbii bu, mənim üçün də çox çətin bir psixoloji durum yaradır. Təəssüf ki, partiyanı bu qaragüruhun əlindən almaq üçün başqa yol qalmayıb”.
Asif Nərimanlı
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO