Azərbaycan Avropa İttifaqına Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi təqdim edib
Bizi izləyin

Nida.az

Azərbaycan Avropa İttifaqına Strateji Tərəfdaşlıq haqqında Saziş layihəsi təqdim edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Komissiyasının üzvü, Avropa İttifaqının qonşuluq və genişlənmə danışıqları üzrə komissarı Yohannes Han ilə görüşüb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Yohannes Hana “Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsini təqdim edib.

Azərbaycanın Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olduğu qeyd olunaraq, bu sənəd əsasında Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın strateji müstəvidə inkişafı üçün imkanların yarana biləcəyi vurğulanıb.

Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıqlar prosesi haqqında məlumat verən Elmar Məmmədyarov münaqişə ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyinə Avropa İttifaqı tərəfindən aydın və birmənalı mövqenin bildirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüşdə qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

“Bir tərəfdən Azərbaycan Respublikası, digər tərəfdən Avropa İttifaqı arasında Strateji Tərəfdaşlıq haqqında Saziş” layihəsi nota ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Federika Mogeriniyə də təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm