Zahid Oruc: “Azərbaycan lideri yeni kursun anonsunu verdi”
Bizi izləyin

Nida.az

Zahid Oruc: “Azərbaycan lideri yeni kursun anonsunu verdi”

Nə Avropa Oyunları, nə də digər tədbirlər bu faciənin qarşısında heç nədir”.


Azərbaycan Prezidenti İlham Əliyev mayın 19-da baş vermiş faciəli yanğın hadisəsi ilə bağlı öz mövqeyini qəti şəkildə bildirdi.


Yanğınla bağlı Dövlət Komissiyasının ilk iclasında çıxış edən dövlət başçısı kifayət qədər sərt danışdı, günahkarların cəzalandırılacağını bildirdi.


Millət vəkili Zahid Oruc Publika.az-a açıqlamasında qeyd edib ki, Azərbaycan lideri daim öz vətəndaşının yanındadır: “Biz iclasda qətiyyətli və olduqca sərt lideri gördük. Azərbaycan lideri xalqın ağrılarını, acılarını öz çiyinlərinə götürən insandır. İlk növbədə hökumətin müxtəlif strukturları arasındakı bir sıra rabitəsizlik, ayrı-ayrı hallarda qanunsuzluğa yol verilməsi hallarına sərt şəkildə münasibətini bildirən dövlət rəhbəri əslində məmurlar üçün sonuncu xəbərdarlığını verdi”.


Z. Oruc hesab edir ki, dövlət başçısının sərt çıxışı yenilənmə kursunun ilkin anonsunu da verdi. Onun sözlərinə görə, vətəndaşların maraqlarına zidd fəaliyyət göstərən, etimadını itirən, müəyyən mənada kritik situasiyalarada məsuliyyəti öz çiynindən atan adamlara siqnallar verildi: “Prezident məmurlara bütün bu proseslərin fərqində olduğunu və vəziyyətə nəzarət etdiyini göstərdi. Hesab edirəm ki, bu müşavirə xalqla işləyə bilməyən, vətəndaş maraqlarını tapdalayan qüvvələr üçün son şansdır”.


Millət vəkili qeyd edib ki, dövlət başçısının “Nə Avropa Oyunları, nə də digər tədbirlər bu faciənin qarşısında heç nədir” sözləri bu ölkədə insana verilən qiymətin bariz nümunəsidir.


“Azərbaycan lideri bununla öz vətəndaşına olan münasibətini göstərdi. Yəni bu ölkədə insandan, insanın həyatından vacib heç nə yoxdur. Bu prezidentin mövqeyidir və bütün məmurlar bu mövqeni paylaşmalıdır”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm