YAP-da elmin problemləri ilə bağlı iclası keçirilir - FOTOLAR
Bizi izləyin

Nida.az

YAP-da elmin problemləri ilə bağlı iclası keçirilir - FOTOLAR

YAP-da elmin problemləri ilə bağlı iclası keçirilir - FOTOLAR

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Qərargahında partiyanın Elm və təhsil komissiyasının ilk iclası keçirilir.

Publika.Az-ın məlumatına görə, komissiyanın sədri, BU-nun rektoru, deputat Abel Məhərrəmov iclası açıq elan edərək komissiyanın fəaliyyəti və 2014-cü il üçün iş planı haqqında ətraflı məlumat verib.

A.Məhərrəmov deyib ki, YAP İdarə Heyətinin qərarı ilə bir çox sahələri əhatə edən 12 komissiya yaradılıb: "Onlardan biri də Elm və təhsil komissiyasıdır. Hesab edirəm ki, gənclərin, ziyalıların gücündən və savadından istifadə edərək elmi daha da inkişaf etdirməliyik. Bu mənada düşünürəm ki, cənab Prezident İlham Əliyevin elmin, təhsilin inkişaf etdirilməsi ilə bağlı verdiyi bütün sərəncamlara ciddi əhəmiyyət verilməlidir".

Komissiyanın iclasında AMEA-nın vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov, millət vəkili Gülçöhrə Məmmədova və digərləri iştirak edir.

Vasif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm