“I Avropa oyunlarının Bakıda keçirilməsi Azərbaycana etibarın təzahürüdür”
Bizi izləyin

Nida.az

“I Avropa oyunlarının Bakıda keçirilməsi Azərbaycana etibarın təzahürüdür”

“I Avropa Oyunları kimi böyük idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın və etibarın təzahürüdür”.


Bunu Publika.az-a açıqlamasında politoloq Ramiz Əliyev deyib.


Onun sözlərinə görə, bunu ölkəmizin və dövlətimizin illərdir apardığı müstəqil və qətiyyətli siyasətin, tolerantlığın, ölkədə hökm sürən ictimai təhlükəsizliyin, iqtisadiyyatımızın getdikcə artan inkişafının, idman ölkəsinə çevrilməmizin nəticəsi kimi qiymətləndirmək lazımdır: “Əlbəttə, I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsindən yaxşı mənada yararlanmalıyıq. Bu imkandan həm dövlətimiz, həm də bütün Azərbaycan vətəndaşları bəhrələnməlidir. Belə ki, bizə verilmiş olan bu imkandan maksimum yararlanıb ölkəmizin, dövlətimizin inkişafını təbliğ etməliyik. Xüsusilə, Azərbaycanın ən böyük və ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri, real məlumatları həm ölkəmizə gələn qonaqlara, həmçinin də yarışları işıqlandıracaq xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim etməliyik. Hesab edirəm ki, hər kəs üzərinə düşən şəkildə bu məsuliyyəti üzərinə götürməyə borcludur. Çünki bu borc vətəndaşlıq mövqeyindən irəli gəlir”.


R. Əliyev bu idman yarışının iqtisadi əhəmiyyətindən danışaraq qeyd edib ki, I Avropa Oyunlarını izləmək üçün Azərbaycana çoxlu sayda turist gələcək və onlar da özləri ilə, hər halda xərcləmək üçün müəyyən maliyyə vəsaiti də gətirəcək: “Bu da o deməkdir ki, taksi sürücüsündən tutmuş digər xidmət sahələrində çalışanların hər birinin büdcəsinə əlavə maliyyə vəsaiti daxil olacaq və hər kəs bundan gəlir əldə edəcək. Digər tərəfdən, bu yarışlardan sonra ölkəmizin artan nüfuzu nəticəsində gələcəkdə xarici iş adamlarının Bakı və digər regionalarına müəyyən investisiyalar edəcəyi də gözləniləndir. Əsas məsələlərden biri də budur ki, bir ay müddətində bütün Avropa və dünyanın bir çox ölkəsi Azərbaycandan, onun inkişafından və idman ölkəsi olmasından, yarışları yüksək şəkildə təşkil etməsindən danışacaq”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm