• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müsavatın yeni rəhbərliyinin mühacirət biznesi – qorxunc rəqəmlər, saxtakarlıq, sevgililər

  • Nida.az
  • 5 İyun 2015 13:28
  • 1 526 Baxış
Müsavatın yeni rəhbərliyinin mühacirət biznesi – qorxunc rəqəmlər, saxtakarlıq, sevgililər

Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib

Mayın 16-da İsveçrədə yaranmış “Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim. Mətbuatda getmiş bəyanatında bildirdim ki, “Ocaq” təşkilatına üzv olan mühacir müsavatçılara Bakıdan zəng edərək, onlardan seçim etmələri tələb olunur: “Müsavatın Bakıdakı funksionerləri artıq belə bir hədə - qorxu gəlirlər ki, “Ocaq” üzvü olan və hələ siyasi sığınacaq almammış müsavatçılar seçim edərək, Elbəyi Həsənlidən uzaqlaşmasalar, onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacaq.

Tamamilə qeyri-insani, qeyri demokratik olan bu çağırış və təhdidlər burada onsuz da vəziyyəti ağır olan qaçqın müsavat ailələrini dəhşətli şəkildə qorxudur. Belə bir addım atılsa, gerçəkdən də məhz mənə görə bir neçə müsavatçı ailənin İsveçrədə oturum alması təhlükəyə düşəcək və insanlar bədbəxt olacaqlar. Müsavatın hazırda başında olan dəstəyə belə bir imkan verməmək və müsavatçı ailələri bu cür qorxu və terror atmosferindən qurtarmaq üçün “Ocaq” Mədəniyyət Mərkəzinin rəhbərliyindən istefa verirəm. Lakin bildirirəm ki, haqq bildiyim işə davam edəcəm. Paralel olaraq, Müsavat Partiyasının hazırda başında olan dəstənin bəzi üzvləri haqda əlimdə olan faktları jurnalist olaraq müstəqil şəkildə araşdırmağa başlayacam. Bu faktlar isə dəhşətli bir iddianı ortaya qoyur. Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər. Hazırda Avropanın ayrı-ayrı ölkələrində miqrasiya xidmətləri bu cür saxta “müsavatçıları” aşkarlayıb və ciddi araşdırmalar gedir. Müsavatın konkret funksionerlərinin imzası olan saxta vəsiqə və arayışların bəzilərinin surətləri artıq bizim də əlimizdə var...

Yəni, Müsavat Partiyasının indiki rəhbərliyinin mühacirət biznesini ifşa edəcəyimizə dair söz vermişdik. Qolumuzu çırmayıb, araşdırmağa başlamışdıq ki, Rauf Arifoğlu Avropaya gəldi. Bizimlə uzun-uzadı danışdı. Arif Hacılının legitimliyini tanıdığını dedi, bizi də ona biətə səslədi.

Əlimdəki faktların bəzilərini ona dedim. İndiki rəhbərliyin partiyamızı özünün biznes qurumuna çevirdiyinin aşkar olduğunu , bunlara susa bilməyəcəyimi söylədim.

Üz vurdu. Onun Avropada olduğu müddətdə bir şeylər yazmadım.

Lakin həqiqət qardaşlıqdan da irəlidədir. Ona görə də məni qınasa da yazıram.

Həm də ona görə ki, Müsavat Partiyasının hazırkı rəhbərliyi, xüsusi ilə də Arif Hacılı və Gülüğa Aslanlı ortaqları qabaqdangəlmişlik edərək, özləri bəyanat yayaraq, “saxta mühacirləri ifşa etməyə” başlayıblar.

ŞƏKİLLİ ARAYIŞ 1500 MANATA,ŞƏKİLSİZ 800 MANATA

Ortaya biabırçı nəticələr çıxıb. Əslində heç deyiləsi deyil – səhnə utancvericidir. Lap “Badenbadenin mavi gecəlri”n xatırladır...

Məlum olur ki, artıq neçə illərdir Müsavat rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülüğa Aslanlı, o cümlədən də onların ətraflarında olan bir sıra funksionerlər- Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri mühacirət biznesinə girişiblər.

Gülağa Aslanlı soruşur ki, mən 700 manatlıq kişiyəm? Bəli, 700 manat ilk baxışda az görünə bilər. Ancaq nəzərə alsaq ki, 6 aya 483 arayış satılıb və hər bir arayışın orta qiyməti min manatdır, onda söhbət yarım milyon manatdan gedir. Üstəlik, neçə ildir ki, bu alverlə məşğulsan...

Mexanizm sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra, piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya “müsavatçı” ixrac edirlər.

Bu prosesdə onlara Avropada dəstək verənlər də var. Məsələ dəqiqləşdirildiyi və əlimizdə faktlar olduğu üçün adları açıq yazırıq:

1. Əli Ağayev. Stohkolmda yaşayır. Çetenin ən fəal üzvlərindəndir. Mühacirət biznesində Arif Hacılı və Gülüğa Aslanlının ən inanılmış adamlarındadndır. Geydirmə müsavatçıları İsveçə yönəldən də budur. Əli Ağayev həm də novatordur. Bir neçə il öncə İsveçdə topladığı, lakin oturum ala bilməyən “müsavatçılara” dəstək üçün Müsavatın o zamankı başqanı, bu çirkin biznesdən xəbəri olmayan İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stohkolma dəvət etdi, oturum gözləyən “müsavatçıların” başqanla fotolarını görüntüləməyə nail oldu və işləri çözdü.

Yeri gəlmişkən: Bu hadisədən sonra təcrübədən çıxış edən Gülüga Aslanlı daha ehtiyatlı tərpənir. Mühacirətə getmək istəyən vətəndaşlara bildirilir ki, sadə arayış 800-min manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət oxunur. 1500-2000 manat. Sonra da bu çirkin əməllərdən xəbərsiz İsa Qəmbərə deyirlər ki, Müsavata bu gün 6 nəfər (məsəlçün ) qəbul etmişik, onlar sizinlə xatirə şəkli çəkdirmək istəyirlər.

Cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunur....

2. Eldəniz Yusibov. Çetenin ən məhsuldar üzvü, əslində, ortağı. Hollandiyada yaşayır. Eldəniz Yusibov mühacirət biznesində olduqca fəaldır. Almaniyada, Belçikada, Hollandiyada olan yerliləri vasitəsi ilə Oğuz, Qəbələ rayonlarından olan vətəndaşların “müsavatçı” kimi Avropaya köçünü qüsursuz təşkil edir. Arif Hacılıya ən çox para qazandılran da məhz Eldəniz Yusibovdur. O, Almaniyanın Mainz şəhərində yaşayan yerlisi, qonşu rayonlusu Yusif Abulovun vasitəsi ilə yalnız son illərdə 30-dan çox oğuzlu və qəbələli ailəsini Avropaya gətirdə bilib. Hər birinə də Müsavat Partiyasindan üzvlük arayışı alıb!

Yeri gəlmişkən onu da yazaq: “Yeni Müsavat” qəzetinin müxbiri Avropaya səfər edərkən, bir baxımlı xanımdan - Belçikada yaşayan və oturumunu gözləyən Ləman Talıbovadan müsahibə almışdı.

Xanıma baxan kimi bilinir ki, belə siyasi mühacir, xüsusi ilə də müsavatçı siyasi mühacir olmaz. Avropada bilməyən yoxdur ki, bu xanım Eldəniz Yusibovun sevgilisidir, onun müsavatçılığı da elə bundan ibarətdir. Eldəniz Yusibov da utanmadan, öz sevgilisinin oturum alması naminə Müsavat başqanı İsa Qəmbəri də vaxtilə məkrli planına alət etmişdi - Ləman Talıbovanın Brüssel şəhərində səfərdə olan İsa Qəmbərlə birgə fotosunu çəkmişdi. Hazırda Belçika miqrasiya idarəsi skandal Elnur Mirzəyev işindən başqa, həm də bu xanım və qızının da saxta müsavatçı olmasını araşdırır. Elnur Mirzəıyev işindən qıvıran və oxları yazıq Tofiq Yaqubluya yönləndirən Gülağa Aslanlı-Arif Hacılı tandemi Eldənizin sevgilisi məsələsinə hansı rəyi verəcək, maraqlıdır? Belçika Miqrasiya xidmətinin araşdırdığı işin içində isə bu gözəl xanımların Müsavatın o zamankı başqanı İsa Qəmbərlə fotoları var. “Məni polislər zorlayılb”, deyə polislərə də, özünə də şər atan bu biabırçı personanın Müsavatın simvolu olan İsa Qəmbərlə nə işi vardı, Eldəniz Yusibov?! Əməlindən, saxtakarlıq və cinayətlərindən utanırsanmı?

3. Yusif Abiov. Almaniyanın Mainz şəhərində yaşayır. Oğuz rayonundan çoxsaylı köçün təşkilatçısı, vasitəçisi. Son vaxtlar siyasi görüş etibarı ilə Əli Kərimliyə meyllənsə də, Müsavat Partiyasının mühacirət biznesində yenə də əsas simadır.

4. Qabil Rzayev. İsveçrənin Bazel şəhərində yaşayır. Üzdə Müsavat Partiyasına düşmən kəsilib. Lakin Gülağa Aslanlı və Arif Hacılının mühacir biznesi ortaqlarından biridir. Yalnız özünə yaxın qohum olan ən azı 2 vətəndaşa “endirimli” qiymətlərə Müsavat Partiyasının üzvlük vəsiqəsi və Miqrasiya İdarəsinə təqdim etmək üçün lazım olan qaydada tərtib edilmiş arayış alıb.

ACLIQ AKSİYASI DA BİZNES ÜÇÜN TƏŞKİL EDİLMİŞDİ

Bu bandadın gözünü pul elə örtüb ki, onun üçün müqəddəs heç nə qalmayıb. Bu yaxınlarda keçirilən aclıq aksiyasını da Arif Hacılı – Gülaga Aslanlı- Razim Əmiraslanov məhz biznes məqsədi ilə həyata keçiriblər. Sadəlövh müsavatçıların canlarına qıyaraq etdiyi aksiyadan, Hacılı qardaşları və Gülağalar para qazanıblar. Belə ki, aclıq aksiyası bitəndən iki gün sonra 5 “müsavatçı” İsveçin Höteborq şəhərində peyda olub. Özlərini İsveç miqrasiya xidmətinə təslim edən “azüllər” son aclıq aksiyasında aksiya keçirdənlər və Müsavat rəhbərləri ilə birgə çəkdirdikləri fotoları da işlərinin arasına qoyublar. Aprelin 20-də iki nəfərə verilmiş 17 və 18 saylı arayışlar əlimizdədir...

DAHASI DA VAR....

Tofiq Yaqublunun müsibətli günlərində Bakıda idim. Özüm orada bilavasitə müşahidə edirdim ki, Gülağa Aslanlı bir qrup şəxsə İsa bəylə, Tofiq Yaqublu ilə foto çəkdirmək üçün necə dirijorluq edirdi. Bu insanlar sadəcə cinayət etmirlər. Onlar bundan da betərini edirlər.

İNSANLARIN İNAMI, ƏQİDƏSİ, ÜMİDİ İLƏ OYNAYIRLAR

Onlar Müsavatı o günə salıblar ki, 1-2 il sonra həyatları gerçəkdən də təhlükədə olan müsavatçılar başlarını və ailələrini götürüb, Avropaya qaçsalar, onları kimsə qəbul etməyəcək....

Onlar 100 ilin Müsavatına elə bir zərbə vurublar ki, bu zərbəni Lenin-Stalin hakimiyyəti vurmamışdı, vura bilməmişdi.

Arif Hacılı və onun bandası bir cinayətkar kimi həbsə alınmalı, Müsavat partiyası bu murdar dəstənin əlindən xilas edilməlidir. Hər kəsi, xüsusi ilə müsavatçıları ayıq olmağa, bu bandaya qarşı mübarizə aparmağa çağırıram.

Qeyd: Bütün iddialarımız təsdiqləyən sənədlər, feys və vatsap yazışmalarına malikik. Həmin sənədləri yalnız İsa Qəmbərə göndərə bilərik. Çünki o, bu işin içində yoxdur...

Elnur Mirzəyevdən sitatı da sonda verirəm: “ Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim. 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, ”2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq". Onlar özləri orda ticarətlə məşğuldular. Maskaları cırılanda isə məni güdaza vermək istədilər".

Müsahibimiz dedi ki, G.Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən alıb: “Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə”.

Elbəyi Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR