Nurçuluq nədir və ya Fətullah Gülən nurçudurdmu?
Bizi izləyin

Nida.az

Nurçuluq nədir və ya Fətullah Gülən nurçudurdmu?

Nurçuluq nədir və ya Fətullah Gülən icması nurçudurmu?

Son günlər Azərbaycan cəmiyyətində “nurçuluq” mövzusu gündəmdədir. İzlədiyimiz kimi bu mövzu ətrafında böyük qalmaqal yaşanır. Mətbuatın gündəmə gətirdiyi “nurçuluq” məsələsi hətta dövlət rəsmilərinə, millət vəkillərinə kimi geniş kütləyə sirayət edib. İddialara görə, Azərbaycanda hakimiyyət nümayəndələri, deputatlar, jurnalistlər və eləcə də digər təbəqələr arasında bu təriqətin daşıyıcıları var.

Maraqlıdır, dini tolerantlığın mövcud olduğu Azərbaycanda “nurçuluq” təriqətinin zəncirvari şəkildə kök atması hansı təhlükələr yarada bilər? Nurçuluq nədir? Bu dini cərəyanın yayılmasında əsas məqsəd nədən ibarətdir?Onları necə tanımaq olar? AzVision.az saytı “nurçuluq” təriqədi haqda araşdırma aparıb. Həmin yazını təqdim edirik.

Nurçuluq hәrәkatının banisi Sәid Nursi 1873-cü ildә Bitlis ilinin (vilayәt) Nurs kәndindә dünyaya gәlib. Әvvәllәr Sәid Kürdi tanınsa da Türkiyәdә soyad qanunu qәbul olunduqdan sonra anadan olduğu kәndә bağlı olaraq Nursi soyadını qәbul edib. Sәid Nursinin yüksәk tәhsili olmayıb. “Nur Risalәlәri” adlı kitabının Tizyaq adlı risalәsinin 68-ci sәhifәsindә әsәrlәrinin özü deyil, şagirdlәri (nur tәlәbәlәri) tәrәfindәn yazıldığı qeyd olunur. Türkiyәdә mәşrutiyyәt elan olunduqdan sonra Bitlsidә şeyxlik etmәyә başlayıb, ancaq az sonra İstanbula gәlib siyasi fәaliyyәtә qoşularaq “İttihadi Muhammәd Cәmiyyәti”nin qurucularından biri olur.

Sәid Nursi 31 mart qiyamından әvvәl Dәrviş Vahdәddinlә yaxın әlaqәlәri qurur. O zaman dәrc olunan “Vulkan” adlı qәzetdә yazdığı mәqalәlәri ilә 31 mart hadisәsini körüklәndirәnlәrdәn vә hәmin dönәmdә yaradılmış “Kürt Teali Cәmiyyәti”nin fәallarından olur. 1912-ci ildә yazdığı bir kitabında “oyan ey Sәlahәddin Әyyubinin nәvәlәri kürdlәr” deyәrәk kürdlәri türklәrә qarşı qaldırmağa cәhd edir. Mәktubat adlı әsәrindә isә “türk olmadığını, türklük ilә münasibәtinin olmadığı, Türkiyәdә kürd millәti adlı başqa bir millәtin olduğunu” irәli sürür. Sәid Nursi istiqlal savaşı zamanı xilafәtin bәrpa olunacağı ümidi ilә Ankaraya gәlir. Ancaq Türkiyәdә dünyәvi respublika qurulduqdan sonra ümidini itirәrәk Vana gedir.

1925-ci ildә Şeyx Sәid üsyanından sonra hәbs olunan S.Nursi İsparta әyalәtinin Barla kәndinә, daha sonra isә Kastamonu, Afyon vә Әmirdağa sürgün edilir. Bundan başqa Afyon, Dәnizli, vә Әskişәhәr hәbsxanalarında yatır. Sәid Nursi 23 mart 1960-cı ildә Urfada vәfat etsә dә yetişdirdiyi tәlәbәlәr (nur şagirdlәri) onun fәlsәfәsini günümüzә qәdәr gәtirib çatdırıblar. Nurçuluq bir tәriqәt kimi fәaliyyәt göstәrsә dә, nurçular bu hәrәkatın tәriqәt deyil, Qurani-Kәrimin 20-ci әsrdә tәfsiri üzәrindә qurulmuş bir mәktәb olduğunu vә sayı 130-a çatan Nur risalәlәrinin dә Quranın tәfsiri olduğunu iddia edirlәr. İlk dәfә 1955-57-ci ildә Qurani-Kәrim vә Nur Risalәlәrinin yazılması ilә bağlı nurçular arasında yaranan parçalanmalar S.Nursinin ölümündәn sonra daha da dәrinlәşir. Nәticәdә tәriqәt bir neçә qrupa bölünür.

Birinci qrup “Qurana küfr yazısı ilә xidmәt olmaz” şüarını irәli sürәrәk Nur risaәlәlәrinin mütlәq әrәbcә vә әllә yazılmasını, bunun üçün dә bütün nurçuların әrәbcәni öyrәnmәsinin lazım gәldiyini bildirir. Bu qrupa “yazıçı nurçular” deyirlәr. İkinci qrup “oxuyucu nurçular” kimi tanınır. Bu qrup dinә xidmәt edәn әsәrlәrin latın әlifbası ilә yazılmasını mәqbul görürlәr. “Oxuyucu” vә “yazısı” qrup arasında narazılıqların sonunda 1969-cu ildә “oxuyucu”lar içәrisindәn “Fәtullah Gülәn qrupu” ayrılır. Bu qrupun digәrlәrindәn fәrqi onların tәlәbәlәr arasında tәbliğata üstünlük vermәlәridir.

1982-ci ildә baş verәn Konstitusiya sәsvermәsi zamanı “oxuyucu” qrup arasından “qәzetәçi” vә “şuraçı” adlı yeni bölmәlәrin ayrılması baş verir. Bu gün Yeni Nәsilçilәr kimi tanınan “qәzetәçi” qrupu 1982-ci il Konstitusiyasına “yox”, “Şuraçı” qrup isә “hә” deyilmәsinin tәrәfdarı idilәr. Bu gün nurçular “Qazetәçilәr”, “Şuraçılar”, “Fәtullah Gülәnçilәr” vә “Yazıçılar” adlı qruplardan ibarәtdirlәr. Bu quruplar arasında yalnız “yazıçılar” nisbәtәn zәiflәyiblәr. Nurçuluğun dünyәvi respublikaya vә Atatürkә qarşı hәrәkat oluduğunu görmәk üçün “Nur risalәlәri”nә baxmaq yetәrlidir. Hәmin kitabın “Barla mәktubları” bölmәsindә, sәhifә 53-dә Atatürk nәzәrdә tutularaq: “Tәk gözlü Dәccal, ya iman et, ya bütün dunyanın istehza yeri olacaqsan” deyilir. Nurçuluq nәzәriyyәsindә Türkiyә Cümhuriyyәtinin tamamilә şәriәt vә İslam prinsiplәri әsasında idarә olunması, xilafәt vә sәltәnәtin bәrpa edilmәsi, inqilabların keçici olduğu vә Qurandan başqa bir Konstitusiyaya ehtiyac olmadığı vurğulanır. Cәmiyyәtdә tәpki olacağından ehtiyat edәrәk nurçulәr risalәlәrdәki bu hissәlәri seçәrәk baş tәrәflәrinә mәhkәmәlәrin bәraәt qәrarını әlavә edirlәr.

Nurçular, özlərinə Nur tələbələri adını verməkdə və Hizbul Quran olduqlarını irəli sürməkdədirlər. Nur Şagirdlərinin Nurçuluğa girə bilmələri üçün o məhəllədəki ən böyük nurçuya qarşı bəzi təəhhüdlərdə olmaları lazımdır. Bu təəhhüdlər Nurçuluğa və Nurçuların böyüklərinə sədaqət, Nurçuların sirlərini açıqlamamaq, məqsədləri üçün müşavirələrdə olmaq, nurun reallaşması üçün fəaliyyətlərdə olmaq kimi şeylərdir. Nurçuların olduqları yerlərdə Nurçuluq ilə əlaqədar hadisələri nur böyüklərinə bildirmələri də məcburudur.

Nur tələbələrinin digər bir vəzifələri də nur risalələrini çoxaldıb paylamaqdır. Səidi Nursi Əsayi Musa adlı risaləsində nur risalələrini yazıb paylamağı laqeydlik edənlərə giley etməkdədir. Nurçuluğun xüsusilə ordu mənsubları arasında yayılmasına əhəmiyyət verilməkdir.

Sönməz adlı risalənin 3. səhifəsində bu sətirlər var. “Axirət qardaşlarıma mühüm bir xəbərdarlıq iki maddədir. Birincisi risalə-i nura intisab edən şəxsin ən əhəmiyyətli vəzifəsi onu yazmaq, yazdırmaq və intişarına kömək etməkdir. Onu yazan və yazdıran “Risalə-i Nur Tələbəsi” adı alar və o ad altında hər 24 saatda mənim dilimlə bəlkə yüz dəfə, bəzən daha çox xeyir-dualarımda mənəvi qazanclarımda, şərik olmaqla birlikdə, mənim kimi dua edən qiymətli minlərlə qardaşım və risalə-i nur tələbələrinin dualarına və qazanclarına da şərik olarlar.

İkincisi, Risalə-i Nurun amansız və imansız cinni və inni düşmənləri onun polad kimi, mətin qalalarına və almaz qılınc kimi qüvvətli höccətlərinə müdaxilə edə bilmədiklərindən çox gizli sənədlər və yarımmüdafiəçi vasitələri ilə məhdud olmadan yazanların şövqlərini qırmaq, fikir və yazıdan imtina etdirmək cəhətində, şeytan tərəfindən hücum edib zərbə vurarlar.

Səidi Nursi, nur tələbəliyini buraxmanın günah olduğunu, nur tələbələrinəsataşanların vətən və millət xaini olduqlarını elan edərək, ayrıca təhdidlər sovuraraq gizli bir təşkilatın taktikasına müraciət etməkdədir.

Nur tələbələrinin subay qalanları izlənilməkdə, şübhəsiz evlənməsi lazımsa bir nurçu ilə evlənməsi əmr edilməkdədir.

Yenə nur risalələrindən Tiryak adlı risalənin 33-cü səhifəsində “Ölüm edam deyil təbdili məkandır. Qəbir zülmətli quyu ağızı deyil, mənəviyyatlı aləmlərin qapısıdır. Dünya isə bütün çaşası ilə birgə axirətə nəzərən bir zindan hökmündədir.”

musavat.com isə nurçuluq Fətullah Gülən hərəkatı arasında fərqlrəi araşdırıb. Həmin yazıdan çıxarışaları bura əlaəvə olaraq təqdim edirik. " Azərbaycanda F. Gülən tərəfdarlarına “nurçu” deyilir və bunu da çox zaman xitab edilən şəxslər qıcıqla qarşılayırlar. “Mən nurçu deyiləm”, təpkiləri hazırda media sektorunun əsas replikası statusuna gəlib.

Maraqlıdır ki, Türkiyə Diyanət İşləri Başqanlığının nurçuluq haqda hazırladığı yazıda cərəyanın ideoloji kursu tənqid olunur və bölücülük yaratmaq ittihamı irəli sürülür. Hesabatda qeyd olunur ki, ayələrin təfsirində mənadan da kənara çıxan batini və mənəvi şərhlər verilir, əbcət hesabı və anlaşılmayan mənalar çıxarılır. Nur risalələrini cəm halda oxumanın bir növ təşkilatlanma olduğu təbliğ olunur. Eyni zamanda “Risaleyi Nur”u müqəddəsliklər sırasına aid edir və yalnız nurçuların müsəlmanlar arasında xüsusi bir zümrə olduğu, Səid Nursinin və əsərlərinin ecazkarlığı və kəramətləri barədə şişirdilmiş ifadələrdən istifadə edirlər.

İlk dəfə 1955-57-ci ildə Qurani-Kərim və “Nur Risalələri”nin yazılması ilə bağlı nurçular arasında yaranan parçalanmalar S.Nursinin ölümündən sonra daha da dərinləşir. Baxmayaraq ki, Nursinin ölümündən sonra onun yerini tələbəsi Zübeyr Gündüzalp tutur; S.Nursinin ölümündən sonra tədricən qruplar ayrılmağa başlayır. Nəticədə təriqət bir neçə qrupa bölünür. 1996-cı ildə Türkiyə Diyanət İşləri Başqanlığının hazırladığı hesabatda nurçuluq cərəyanından qopan və ya bu cərəyanın qolları hesab olunan camaatların adları qeyd olunub. Bunlar aşağıdakılardır: “Yazıçılar” qrupu (Əhməd Hüsrey Altınbaşak), “Sözlər” qrupu (Mustafa Sunqurun Azərbaycanda da çoxlu sayda tərəfdarları var), “Suffə” qrupu (Mehmet Kırkıncı), “İstanbul” qrupu (Abdullah Yein, Hüsnü Bayram, Əhməd Aytimur), “Kurdoğlu” qrupu (Mehmet Kurdoğlu), “İxlas Nur” qrupu (M.Səid Özdəmir), “Nəsil” qrupu (Mehmet Fırıncı), “Yeni Asiya” qrupu (“Yeni Asya” qəzeti, Mehmet Kutlular), “Zəhra qrupu (İzzəddin Yıldırım, qətlə yetirilib), ”Med-Zəhra" qrupu (Məhəmməd Siddiq Dursun), “İsmail Okçu” qrupu (Hekimoğlu İsmayıl), “Eczmendiler” qrupu (bu qrup təsəvvüf ağırlıqlıdır, başçısı Müslüm Gündüz). Digər kiçik əyalət qrupları mövcuddur. Ancaq təbii ki, ən böyük “nurçu camaat”ı və ya qrupu Fətullah Gülənin rəhbərlik etdiyi və özlərini “Hizmət Hərəkatı” adlandıran qrupdur.

***

Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət Hərəkatı” 1970-ci illərdə müstəqil Camaat kimi meydana çıxıb. Ancaq Türkiyə mətbuatının yazdığına görə, Fətullah Gülən “nurçuluq” və ya deyidiyi kimi “Risaleyi-Nur” hərəkatına 1957-ci ildə qoşulub. Qeyd edək ki, 1941-ci ildə Ərzrumda anadan olan F.Gülən 18 yaşından etibarən müxtəlif vilayətlərdə din xadimi kimi məscidlərdə fəaliyyət göstərib. Ancaq F.Gülən Səid Nursi ilə görüşməyib. “Nur risalələri” vasitəsilə S.Nursi ilə ustad-şagird münasibətləri olan F.Gülənin qurduğu və rəhbərlik etdiyi Camaat “nurçuluq” cərəyanından xeyli fərqlənir. Bu gün dünya çapında böyük bir maarifçi hərəkata çevrilən “Xidmət Hərəkatı” miqyası və təsir imkanlarına görə, bütün digər nur camaatlarının birgə gücündən böyükdür.

Doğrudur, Səid Nursinin tələbələri arasında F.Gülənə münasibət birmənalı olmayıb. Ona ustad kimi baxan və ya təkfir edən (kafir adlandıran) müxtəlif görüşlər var. Ancaq F.Gülən S.Nursi haqqında “pir” və ya “piri-muğan” ifadələri işlətməklə ehtiramını bildirir, yalnız iki insanın Əbu Hənifənin (hənəfi məzhəbinin banisi) və Səid Nursinin görüşlərinə zidd ola bilmədiyini qeyd edir.

Qeyd edək ki, S.Nursidən fərqli olaraq F.Gülən daha dinamik, geniş coğrafiyanı əhatə edən və çox şaxəli fəaliyyət göstərən bir camaata rəhbərlik edir. Doğrudur, deyilənə görə, Səid Nursinin də Türkiyənin şərq ərazilərində Zəhra Universiteti açmaq planları olub. Ancaq daim həbslər, məhkəmə və sürgünlər səbəbindən S.Nursinin təhsil layihələri baş tutmayıb. Ancaq bunun əksinə olaraq F.Gülən xidmət hərəkatı Türkiyədə və dünyanın az qala bütün ölkələrində təhsil müəssisələri yaratmağa nail olub. Hazırlıq kursları, yataqxanalar, orta məktəblər və universitetlər xidmət camaatının əsas fəaliyyət istiqamətləridir. Bundan başqa media quruluşları, maliyyə sahəsində xidmət camaatının böyük sayda tərəfdarları və təsir imkanları var.

Səid Nursi 73 illik ömrünün 33 ilini həbs və sürgünlərdə, o cümlədən 2 il yarım Rusiyada əsirlikdə keçirib. Ancaq Fətullah Gülənin fəaliyyət imkanları daha geniş olub və həyatının son 16 ilini Amerikada yaşayır və burdan dünya üzərindəki xidmət hərəkatına mənəvi liderlik edir. Qeyd edək ki, Fətullah Gülənin liderlik etdiyi “Xidmət camaatı” ilə digər “nurçu” camaatlar arasında, o cümlədən Səid Nursinin nurçu cərəyanı arasında bir xeyli ziddiyyətlər var. Mütəxəssislər ənənəvi nurçu cərəyanları ilə “Hizmət Hərəkatı” arasında fərqləri ayıraraq xidmət hərəkatının əsas özəlliklərini yazıblar:

- Sünni İslam;

- Nəqşibəndi sufi məzhəb adətləri (mütəxəssislərin qənaətinə görə, bu amil F.Gülənin doğulduğu Ərzurumda Nəqşibəndiyənin təsirinin böyük olması ilə izah edir);

- Nurçuluq adətləri ;

- Kommunizmə qarşı olmaq (Bu daha çox Türkiyədə, sovetlər dövründə olub);

- Mühafizəkar millətçilik (nurçuluqdan fərqli olaraq Fətullah Gülən hərəkatında türk millətçiliyi ağırlıq təşkil edir);

- Praqmatizm ;

- Beynəlxalq kapitalizm qaydalarına uyğunlaşma;

- Demokratiya və dünyəvilik prinsipləri ilə qarşıdurmaya getməmək (F.Gülən 90-cı illərdə Türkiyədə hətta hicab aksiyalarını tənqid edib).

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm