General: "Təmas xəttindəki vəziyyət tam nəzarətdə olacaq" - VİDEO
Bizi izləyin

Nida.az

General: "Təmas xəttindəki vəziyyət tam nəzarətdə olacaq" - VİDEO

Müdafiə Nazirliyi Azərbaycanda mötəbər beynəlxalq tədbir ərəfəsində cəbhə xəttində qarşı tərəfin aktivləşməsini nəzərə alıb. "Bakı 2015" zamanı qoşunların təmas xəttindəki vəziyyət tam nəzarət altında olacaq.

Bunu müdafiə naziri Zakir Həsənov ANS-ə eksklüziv açıqlamasında deyib.

O həmçinin bildirib ki, Azərbaycan xalqı rahat şəkildə bu oyunlarda iştirak edə, izləyə bilər.

"Ali Baş Komandanın tapşırığı ilə bütün güc strukturlarına plana uyğun tapşırıqlar verilib və onlar buna uyğun olaraq öz fəaliyyələrini həyata keçirəcəklər.
Müdafiə Nazirliyinin üzərinə düşən məsələlər mütləq şəkildə həll olunur və həll olunacaq”.

Zakir Həsənovun daha geniş müsahibəsini sabah saat 21:00-da ANS-in efirində Mirşahin Ağayevin təqdimatında "Hesabat" verilişində izləyə bilərsiniz.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm