Putinin Bakıya səfəri təsdiqləndi - RƏSMİ
Bizi izləyin

Nida.az

Putinin Bakıya səfəri təsdiqləndi - RƏSMİ

Rusiya prezidenti Vladimir Putin bu həftənin sonunda Azərbaycana səfər edəcək.

Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Vladimir Putinin mətbuat xidməti Dmitri Puskov jurnalistlərə açıqlamasında deyib.

“Daxili gündəliklə yanaşı, xarici səfərlərə də hazırlaşmağa davam edirik. Prezident bu həftə İtaliyaya, həmçinin həftənin sonunda Azərbaycana səfər edəcək”, - Puskov bildirib.

Daha əvvəl isə Kremldən Vladimir Putinin I Avropa Oyunlarının açılışında iştirakının istisna olunmadığı açıqlanmışdı. “Prezident Putin I Avropa Oyunlarının açılışına dəvət alıb. Belə bir səfərin olacağını istisna etmək olmaz. Qəti qərar qəbul edilən kimi əlavə məlumat verəcəyik”, - Putinin mətbuat katibi söyləmişdi.

Qeyd edək ki, I Avropa Oyunlarının açılışı 12 iyun tarixində olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm