Putinin Bakı səfərinin proqramı açıqlandı
Bizi izləyin

Nida.az

Putinin Bakı səfərinin proqramı açıqlandı

Rusiya prezidenti Vladimir Putinin 12-13 iyun tarixlərində Bakıya edəcəyi səfərin proqramı açıqlanıb.

Publika.az RİA informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

I Avropa Oyunlarının açılışında iştirak edəcək Rusiya prezidenti Bakıda bir sıra beynəlxalq görüşlər keçirəcək, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxla görüşəcək.

Yuri Uşakovun sözlərinə görə, Putinin Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli müzakirə olunacaq. Dövlət başçılarının görüşündə həmçinin ikitərəfli münasibətlər müzakirə ediləcək. Azərbaycan və Rusiya prezidentləri əvvəl təkbətək, daha sonra genişləndirilmiş tərkibdə görüşəcəklər.

Rusiya liderinin həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm