Deputat avtomobilinin modelini açıqladı
Bizi izləyin

Nida.az

Deputat avtomobilinin modelini açıqladı

Deputat avtomobilinin modelini açıqladı

“Kiçikliyindən, böyüklüyündən asılı olmayaraq məmur olan və hər hansı dövlət vəzifəsində çalışan şəxs mütləq xalqına və millətinə yaxşı xidmət göstərməlidir. Hamı cənab prezidentin sözlərindən ibrət götürməlidir”. Bunu Publika.Az-a açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, məmur özünü ağa və bəy yerində saymamalıdır. E.Məmmədov deyib: “Əksinə, məmur özünü xalqının və dövlətinin xidmətçisi kimi hiss etməlidir. Şəxsən mənim nə özüm, nə övladlarım heç zaman dəbdəbli həyat sürməmişik. Biz nə əvvəllər, nə də indi dəbdəbəli həyat sürmürük. Adi Azərbaycan vətəndaşı kimi həyat tərzimiz var. Ailəmdə də ən bahalı avtomobil məndədir. Mənim indi sürdüyüm avtomobilin markası “Lexus LX 470”dir. Bu, 2007-ci ilin maşınıdır. Mən bu avtomobili 2012-ci ildə işlənmiş vəziyyətdə almışam. Övladımın avtomobilinin qiyməti isə bundan da ucuzdur. Ümumiyyətlə, biz avtomobildən şan-şöhrət üçün deyil, nəqliyyat vasitəsi kimi istifadə edirik. Məncə avtomobil də bunun üçündür”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm