Aleksandr Lukaşenko: “Azərbaycan ona hücum edənlərin hamısının burnunu ovdu”
Bizi izləyin

Nida.az

Aleksandr Lukaşenko: “Azərbaycan ona hücum edənlərin hamısının burnunu ovdu”

“Azərbaycan bu tədbiri təşkil etməklə öz səviyyəsini nümayiş etdirdi və ona hücum edənlərin hamısının burnunu ovdu. Bu, gözəl rəhbərliyi və öz ölkəsinə xeyir vermək istəyən Prezidenti olan, normal inkişaf edən sülhsevər ölkədir. Buna görə də, onu tənqid etsən də, etməsən də o, öz ölkəsi, öz xalqı üçün, həmçinin, gördüyümüz kimi, bütün Avropa üçün xeyirxah işlər görür. Bizi həmişə tənqid edəcəklər. Tənqid etmək iş görməkdən asandır” - Belarus Prezidenti Aleksandr Lukaşenko bu sözləri iyunun 13-də Bakıda Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki ilə görüşdə söyləyib.

Patrik Hikki bu sözlərin cavabında deyib: “Sizinlə razılaşmaya bilmərəm. Bir neçə həftə bundan əvvəl biz Brüsseldə, Avropa Parlamentində çıxış edirdik. Onlar Oyunları Azərbaycanda keçirdiyimizə görə bizim komitəni tənqid edirdilər. O vaxt mən onlara dedim: gözləyin, siz 28 ölkə adından danışırsınız, biz isə Avropanın 50 ölkəsini təmsil edirik. Buna görə də gəlin hamıya hörmət edək”.

Prezident Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının Bakıda təşkil edilməsi və keçirilməsi məsələsini bu gün Bakıda Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax ilə də müzakirə edib. O bildirib ki, açılış mərasimi çox xoşuna gəlib. Belarus Prezidenti deyib: “Hər şey sakit, lakin mənalı idi. Böyük ambisiya yox idi və bu mənim üçün çox məqbuldur”.

BELTA agentliyi bildirir ki, Tomas Bax bu sözlərin cavabında söyləyib: “Sizinlə razıyam ki, açılış mərasimi kifayət qədər sakit keçdi. Eyni zamanda bu mərasim rəmzi məna daşıyır, ölkənin tarixini təsvir edirdi”.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm