İqor Kazikov: “Azərbaycanın bu oyunlar üçün etdikləri Avropa idmanının inkişafına xidmət edəcək”
Bizi izləyin

Nida.az

İqor Kazikov: “Azərbaycanın bu oyunlar üçün etdikləri Avropa idmanının inkişafına xidmət edəcək”

Rusiya Olimpiya Komitəsinin Olimpiya oyunlarında iştirakını təminatı üzrə baş idarəsinin müdiri, Avropa Oyunlarında iştirak edək Rusiya nümayəndə heyətinin rəhbəri İqor Kazikov “Vestikavkaz” saytına müsahibə verib.

Publika.az həmin müsahibəni təqdim edir.


- Rusiya yığması üçün Avropa Oyunlarını necə qiymətləndirirsiniz?

- Hər kəs Avropa Oyunlarında qalib gələrək tarixə keçmək istəyir. Bizim də məqsədimiz budur. Əslində Avropa Oyunları bizim üçün Rio-2016-ya əla hazırlıq mərhələsi oldu. Çünki Avropanın özündə bu cür kompleks yarışlar keçirilmir. Təbii ki, bizim üçün belə təcrübə əhəmiyyətlidir. Azərbaycan Avropa Oyunlarının uğurlu keçirilməsi üçün hər şeyi edib.
Böyük sayda idmançı heyəti Bakıdadır. Azərbaycanda yeni idman obyektləri tikilib və bütün infrastruktur yaxşı vəziyyətdədir. Personala xidmət də yüksək səviyyədədir. Ona görə də, bu oyunlar təkcə idmançılar üçün deyil, ölkə üçün də zəngin təcrübədir. Bu oyunlardan sonra Azərbaycana böyük miras qalacaq. İnşa olunan idman infrastrukturundan gələcəkdə də idmanın inkişafında istifadə edə biləcəklər. Biz tribunalarda, idman obyektlərində çoxlu insanlar, xüsusilə gənclərin olduğunu görürük. Hesab edirəm ki, Azərbaycanın bu oyunlar üçün etdikləri həm ölkə idmanının gələcək inkişafına, həm də bütün Avropa idmanının yüksəlişinə xidmət edəcək.


- Hazırkı nəticələrə nail olan Rusiya yığması üçün bu gözlənilməz idi?

- Biz heç vaxt bütün komanda hesabına qalib gəlməyi planlaşdırmırıq. Yəni əvvəldən bu haqda düşünmürük. Lakin idmançılarımız mübarizə aparır və qalib gəlirlər. Bakıda I Avropa Oyunlarının birinci mükafatçısı olmaq nüfuzludur.


- Avropa Oyunlarının gələcəyini necə görürsünüz?

- Dediyim kimi, bu, əvvəllər heç vaxt olmayan kompleks yarışlardır. Ayrı növlər üzrə Avropa çempionatları keçirilir, lakin 20 növü özündə birləşdirən oyunlar ilk dəfədir. Bu, praktiki olaraq Olimpiya formatında olan oyunlardır. Bu baxımdan, bütün idmançılar üçün burda iştirak etmək və təcrübə qazanmaq əhəmiyyətlidir.
Hesab edirəm ki, I Avropa Oyunları tarixə keçməyə və nüfuzlu yarışlara çevrilməyə qadirdir. Ona görə də bunun davamı olacaq. Bu gün isə Avropa Oyunları adını tarixə yazdırmağı bacarıb. Fikrimcə, bu oyunların yaxşı gələcəyi olacaq.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm