Nida.az
Britaniya Parlamentində Xocalı ilə bağlı kitabın təqdimatı keçirilib
Böyük Britaniya Parlamentinin Lordlar Palatasında Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” (“Khojaly Witness of a war crime – Armenia in the Dock”) kitabının təqdimat mərasimi keçirilib.
Publika.az-ın məlumatına görə, tədbirdə Lord Kilkluni, Lord Addington və parlamentin İcmalar Palatasının üzvü Bob Bləkman iştirak edib. Kitab təqdimatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli faciəsi – 1992-ci ildə törədilmiş Xocalı qırğınının qurbanlarının əziz xatirəsinə həsr olunub.
“Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabının tərtibçi həmredaktoru Ian Peart çıxışında bildirib ki, kitab Xocalı faciəsi haqqında Qərbdə ingilis dilində nəşr edilən ilk müstəqil nəşrdir. 2014-cü ilin Londonun “İTHACA PRESS” nəşriyyatında ilk dəfə işıq üzü görən sözügedən kitabda Xocalı hadisələrinin şahidlərinin müsahibələri, faciə barədə beynəlxalq dövri mətbuatın materialları, xarici tədqiqatçıların mövqeyi, beynəlxalq təşkilatların hesabatları və xarici fotoqraflar tərəfindən çəkilmiş nadir fotolarla tanış olmaq mümükündür.
İ.Peart qeyd edib ki, kitabın nəşri “Xocalıya ədalət!” kampaniyasının missiyasının həyata keçirilməsi işinə beynəlxalq dəstək olub. “Xocalıya ədalət!” kampaniyası çərçivəsində kitab rus və türk dillərində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ön sözü ilə nəşr edilib. “Ön söz”də kitabın türk və rus dillərinə tərcüməsi yüksək qiymətləndirilir və onun oxucularının “Xocalıya ədalət!” kampaniyasına hərtərəfli dəstək verəcəyinə ümid ifadə olunur.
Bu ilin fevral ayında “Xocalıya ədalət!” kampaniyası çərçivəsində kitabın Dublin, Bern, Berlin Ankara, İstanbul və Lüksemburq şəhərlərində təqdimat mərasimləri keçirilib.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı