Nida.az
Britaniyalı siyasətçilərdən Saakyanın London səfərinə etiraz
Qondarma Dağlıq Qarabağ respublikasının “prezidenti” Bako Saaakyanın Londonda yerləşən “Chatham House - Kral Beynəlxalq Münasibətlər İnstitutu”nda keçiriləcək tədbirdə nitq söyləməsi üçün dəvət olunması heç bir məntiqə sığmır.
Publika.az xəbər verir ki, Lord Kilklunu Avropa Azərbaycan Cəmiyyətinin sorğusuna cavab olaraq bəyan edib ki, əslində, həmin tədbirə Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyona yaxın məcburi köçkün düşmüş Dağlıq Qarabağın azərbaycanlı icmasının üzvləri dəvət olunmalı idi. Məhz bu insanların mövqeyi daha çox önəm kəsb edir, nəinki onları öz yer-yurdlarından didərgin salanlar. “DQR” rejiminin başçısı Saakyan beynəlxalq ictimaiyyət tərəfindən tanınmır.“Chatham House” un onu bu cür dəvət etməsi öz statusuna xələl gətirir və onun layiq olmadığı legitimlik səviyyəsini qazandırır.
“Artıq BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı dörd qətnaməsi var və onlara əməl olunmasının vaxtı çatıb” – deyə, Lord Kilkluni vurğulayıb.
Böyük Britaniya Parlamentinin üzvü Stefan Hepbörn da Lord Kilkluninin fikirlərinə şərik çıxıb. S.Hepbörn bildirib ki, Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyanın “Chatham House” İnstitutunda nitq söyləməsi üçün dəvət olunması yolverilməzdir. Onun qondarma rejimi dünyadakı heç bir dövlət tərəfindən tanınmayıb və Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini tərk etməsini tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə hələ də əməl olunmur. “O, Böyük Britaniyada istənilmir və mən “Chatham House” dan xahiş edirəm ki, onu dəvət etmək barədə yenidən düşünsün” – deyə, Stefan Hepbörn çağırış edib.
Gülnar
-
Magazin202:00
Məşhur reper öpüşmə səhnəsinə görə sevgilisini tərk etdi
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi