Nida Təhlil
Qoca saxtakar Şahin Mirzəli: O, əslində kimdir: müsavatçı, separatçı, erməni agenti, yoxsa...?
Bu günlərdə Ermənistan saytlarında belə bir məlumat yayıldı ki, Azərbaycan vətəndaşı, “Talış Mədəniyyət Mərkəzi”nin Şura üzvü, “Talış Azadlıq Hərəkatı”nın iştirakçısı, “Talışi Sado” qəzetinin əməkdaşı Şahin Mirzəli Azərbaycanda “milli-dini ayrı-seçkiliyə məruz qaldığını” əsas gətirərək Ermənistan tərəfindən sığınacaq alıb.
Əlbəttə, bunun son zamanlar bir çox tanınmış erməni hüquq
müdafiəçilərinin, ictimai fəalların Azərbaycan hökumətinə sığınacaq
almaq üçün artan müraciətlərinə Ermənistan tərəfinin guya cavab
olaraq hazırdığı gün kimi aydındır. Bəs kimdir Ermənistan xüsusi
xidmət orqanlarının tamaşasında iştirak edən “aktyor” Şahin
Mirzəli?
“Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilova
deyirəm ki, boli, mən bu Mərkəzdə yüksək vəzifə tuturam. Mərkəzin
“peçat”ın müvəqqəti ver mənə, girişim arayış alverinə, batabatdır,
bir az pul qazanaq. Paxıllığından vermir ki, nə var-nə var, mən pul
qazanıb irəli gedərəm”. Bu statusu o, “Shahin Mirzali” adı ilə
açdığı şəxsi facebook səhifəsində 2015-ci ilin iyunun 25-də
yazıb.
Təkcə bu fikirlər indi onun atmış olduğu hərəkəti tam izah etməyə
yetərlidir. Ancaq gəlin bu qoca saxtakarla daha yaxından tanış
olaq. O, 2016-cı ilin oktyabrın 14-də uşaqların doğum haqqında
şəhadətnaməsini necə saxtalaşdırmaq yolları barədə valideynlərə
“məsləhət” verir. Deyir ki, uşaq dekabrın 31-də doğulubsa, bu faktı
gizlədin, doğum şəhadətnaməsini növbəti ildə alın, vaxtilə özü bunu
etmədiyindən peşmançılıq çəkir. Həm də bunu elə sadəlövhlüklə
bildirir ki, sanki doğum faktını gizlətmək bu qədər asan işdir.
Etnik mənsubiyyətcə özünü “talış” kimi təqdim edən bu şəxsin
həqiqətən talış olması da şübhəlidir. Sosial şəbəkələrdə onun
“ata-babası”nın vaxtilə İrəvandan İrana köç etdiyi, oradan
Azərbaycana gəlib çıxdığı bildirilir.
Bu suallara cavab verə bilməyən “Talış Mədəniyyət Mərkəzi” adlı
oyuncaq qurumun sədri Rafiq Cəlilov Şahin Mirzəlinini təşkilatının
“İdarə Heyətinin üzvü” edərək, təşkilatının “peçat”ını tapşırdığı
adamı indi az qala tanımadığını deməklə özünü təmizə çıxarmağa
çalışır. Bildirir ki, tezliklə onun təşkilatda qalıb-qalmaması
məsələsinə baxılacaq.
Daha bir özünü təmizə çıxarmaq istəyən Müsavat Partiyası, Milli
Düşüncə Mərkəzinin sədri İsa Qəmbərdir. İndi məlum olur ki,
Müsavatın “Məhsul” stadionuna pulla cəlb edilmiş “milli düşüncəli”
şəxslərdən biri də həmin bu, Şahin Mirzəlidir.
Onun Müsavat Partiyasının uzun illərdir üzvü olduğunu, “müsavat
fəalı” olduğunu danmaq indi sadəcə, mümkünsüzdür.
Özü də bu, həmin Şahin Mirzəlidir ki, Müsavat Partiyasının “az qala
monopoliyaya almaq istədiyi” tarixi şəxsiyyət Məhəmməd Əmin
Rəsulzadəni hər yerdə, o cümlədən İsa Qəmbərin yanında açıq şəkildə
təhqir etmişdir.
Şahin Mirzəli Əlikram Hümbətovun qatı tərəfdarlarından,
əlaltılarından biridir. Hər yerdə onun fikirlərini təbliğ etməkdən
yorulmamışdır.
Sonradan Şahin Mirzəli İsa Qəmbəri tərk edib. Ancaq buna görə
Əlikram Hümbətovun “sağ əli”, indi Hollandiyaya qaçmış separatçı
Ataxan Əbilov tərəfindən buna görə məzəmmət də olunub. Söz-söhbət
hətta sosial şəbəkələrdə də gedib. Çünki İsa Qəmbər milli xain və
satqınların əzəli dostudur. İsa Qəmbərin bu cür şəxsləri öz
ətrafına toplaması birinci hal deyil.
Şahin Mirzəli “Talışıstan” arzularını da gizlətməmişdir.
Ermənistana keçməzdən bir neçə gün əvvəl bu qoca saxtakar bu dəfə
“Talışıstanın bayrağı”na bürünmüşdür.
İlk gündən onun müdafiəsinə qalxan isə “Zabil Maqerramov”
olmuşdur.
Zabil Medoj (Məhərrəmzoda) isə Ermənistan xüsusi xidmət orqanları
tərəfindən yaradılmış, İrəvandan yayımlanan “Talış Milli
Televiziyası”nın əsas simasıdır.
Əlavə şərhə ehtiyac yoxdur. Siyahını uzatmaq da olardı, ancaq
“görünən dağa bələdçi lazım deyil”. Dağ da bir dağ ola.. İndi
dığaların yanında Şahin Mirzəli rahatdır yəqin. Heç narahat da
olmasın, onun heç bir hərəkəti Azərbaycanda hər hansı təsir gücünə
malik deyil, illah da onu hamıdan yaxşı tanıyan Azərbaycandakı
talışlar üçün. (azvision.az)
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO