Nida Təhlil
Azərbaycanın qonşuluğunda MƏZHƏB MÜHARİBƏSİ - QORXULU PLAN
ABŞ prezidenti Donald Tramp bu gün səfər etdiyi Səudiyyə
Ərəbistanına hərbi planla gəlib.
Publika.az xəbər verir ki, “Washington Post” qəzeti
Trampın Səudiyyə kralına “Ərəb NATO-su” planını təqdim edəcəyini
yazıb.
Plana əsasən, “Ərəb NATO-su” Körfəz ölkələri arasında qurulacaq.
Məqsəd terrorla mübarizə aparmaq və İranın bölgədə genişlənməsinə
qarşı addımlar atmaqdır. Planda ABŞ və Səudiyyə Ərəbistanı arasında
silah satışı ilə bağlı müqavilə də yer alır.
“Nyu York Times” qəzeti yazır ki, 10 il müddəti əhatə edən
müqavilədə ABŞ-ın Səudiyyə Ərəbistanına 100 milyard dollar həcmində
silah satacağı öz əksini tapıb.
İngiltərənin “İndipendent” qəzeti isə silah satışının həcminin 100
milyard yox, 350 milyard olacağını iddia edib.
Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə Səudiyyə
Ərəbistanına 60 milyardlıq silah satılmışdı. Lakin Obama
Administrasiyası dövründə Səudiyyə Ərəbistan-ABŞ münasibətləri
ürəkaçan deyildi.
Donald Tramp prezident seçilən kimi “Ər-Riyad” Vaşinqtona şahzadə
Muhammed bin Salmanın rəhbərlik etdiyi heyət göndərdi. Yüksək
səviyyəli danışıqlar Nyu-Yorkdakı “Trump Tower” binasında
aparılırdı. Görüşdə ABŞ-ı Trampın kürəkəni və baş müşaviri Cared
Kuşner təmsil edirdi.
“Nyu York Times” qəzeti silah müqaviləsinin imzalanması ilə bağlı
razılaşmanın bu görüşdə reallaşdığını yazıb. İddialara görə, Tramp
kürəkəni Kuşneri Yaxın Şərqdə “kölgə diplomat” olaraq istifadə
edir.
“Washington Post”-a danışan Ağ Ev rəsmilərindən biri Səudiyyə
Ərəbistanının ABŞ-la əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu
deyib.
“Ərəb NATO-su” planı isə ABŞ-ın dövlət katibi Reks Tillersona
məxsusdur. Tillersen sünni ölkələrdən ibarət olacaq hərbi ittifaqın
yaradılması üçün ciddi səylər göstərir.
Adlarının çəkilmədiyi ABŞ rəsmiləri “Washington Post”-a bildiriblər
ki, “Ərəb NATO-sunun” Trampın “Öncə Amerika” ideyasına uyğun
olacağını bildiriblər. Bu planla ABŞ-ın Yaxın Şərqdəki liderliyi
güclənəcək, maliyyə məsələlərini müttəfiqlər həll edəcək, Amerika
isə silah satışından böyük pullar qazanacaq.
ABŞ-ın bu planda diqqət çəkən məqamlardan biri sünni ölkələrdən
ibarət olacaq “Ərəb NATO-su”nun əsas hədəfində İranın olmasıdır.
Bu, yaxın gələcəkdə İslam aləmində sünni-şiə müharibəsinin ilk
işartıları hesab oluna bilər. İranın əsas hədəf seçilməsi isə
Azərbaycanın yerləşdiyi bölgədə gərginliyin artmasına səbəb olacaq.
Bütün hallarda sərhədlərimizdə hər-hansı müharibə bizim ölkəmiz
üçün də sərfəli deyil.
Asif
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı