Moskvadan KOMPROMİS ÇAĞIRIŞI, müharibənin ÜÇ SSENARİSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Moskvadan KOMPROMİS ÇAĞIRIŞI, müharibənin ÜÇ SSENARİSİ… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Rusiya XİN-I Dağlıq Qarabağ münaqişəsinin həllindən danışıb. Rusiya prezidenti Ukraynada dövlət çevrilişinə Avropa və ABŞ-ın dəstək verdiyini bildirib. ABŞ və Qətər birgə hərbi təlimlərə başlayır. Qətərə qarşı embarqolar tətbiq edən ölkələrdən biri olan Misir prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı qalmaqallı çağırış edib. Yaxın Şərqin xəritəsi yenidən çəkilməyə başlanıb. Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişə cəhdi çərçivəsində aparılan məhkəmə prosesində ilk qərar açıqlanıb.

Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı erməni jurnalistin sualına cavabında deyib.

"Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı format mövcuddur. Bu, həqiqətən də köhnə problemdir, hansı ki, burada kompromisin tapılmasına ehtiyac var. Kompromisin axtarılması tərəflərin mövqelərinin - bir-birinə nə qədər zidd olmasından asılı olmayaraq - yaxınlaşdırılmasıdır. Hazırkı vəziyyət münaqişənin həllini tələb edir. Məhz ona görə də son zamanlar təmaslar intensivləşib. Təmaslar müxtəlif formatlarda keçirilir. Rusiya bu formatın iştirakçısı kimi kompromisin tapılması üçün əlindən gələni edir. Əlbəttə istərdik ki, kompromis tez tapılsın, nə qədər tez tapılsa, bir o qədər yaxşıdır. Ancaq bu kompromis iki ölkənin xalqının gələcəyinə və əlbəttə ki, Dağlıq Qarabağda yaşayan insanların gələcəyinə ziyan verməməlidir", - deyə Rusiya XİN-in sözçüsü bildirib.

“Avropa və ABŞ 2014-cü ildə Ukraynada dövlət çevrilişini dəstəklədilər”. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

Putinin sözlərinə görə, ukraynalılar ümid edirdilər ki, Avropa İttifaqının standartlarına istənilən formada birləşmə onları 1990-cı illərdən başlayan və bu günə qədər davam edən alçaldıcı vəziyyətdən xilas edəcək.

Kreml lideri Ukrayna prezidenti Viktor Yanukoviçin Kiyevdən qaçdığı barədə Amerika KİV-inin xəbərlərini xatırladıb. Rusiya dövlət başçısının sözlərinə görə, belə versiyalar dövlət çevrilişinin dəstəyinə bəraət qazandırmağa xidmət edirdi.

Putinin sözlərinə görə, Amerika kəşfiyyatı Ukraynada baş verəmləri diqqətlə izləyirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putin amerikalı kinorejissor Oliver Stouna müsahibəsində bildirib ki, Moskva Rusiyanın xilafətə çevrilməsinə yol verməyəcək. Bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

"Bilirsiniz, heç bir dünyəvi din pislik mənbəyi ola bilməz. İslamda da bir çox istiqamətlər, cərəyanlar var. Burada əsas şiələr və sünnilərdir. Doğrudan da, biz görürük ki, onların arasında dərin ziddiyyətlər var. Düşünürəm ki, bu, hər halda nə vaxtsa aradan qaldırılmalıdır", - deyə Putin bildirib.

Stoun Putindən soruşub: "Bəs Moskva xilafət olacaq?"

"Buna biz heç cürə yol vermərik. Siz baxın, Vaşinqton necəsə xilafətə çevrilməsin", - deyə prezident bildirib.

Son vaxtlar NATO və Rusiya arasında mümkün müharibə variantları ilə bağlı silsilə məqalələr dərc olunur və hərbi oyunlar keçirilir. Hərbi oyunlar NATO üçün arzuolunmaz nəticələrə gətirib çıxarıb.

Hərbi oyunlara görə, müharibənin ən ehtimal edilən ssenarisi Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsidir. Nəticədə, sürətli məğlubiyyətdən sonra ABŞ və onun NATO-dakı müttəfiqlərinin əlində bir neçə ssenari qalır.

Ekspertlərin çoxu iddia edirlər ki, NATO havada və quruda müasir texnikanın üstünlüyünə əsaslanaraq genişmiqyaslı müharibədə Rusiya üzərində qələbə qazanacaq. Amma “Rand” analitik mərkəzi tərəfindən ötən il keçirilmiş tədqiqatın nəticələri göstərir ki, Rusiyanın Baltikyanı ölkələrə müdaxiləsi halında NATO fövqəladə çətin vəziyyətdə olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qərbi Avropa taktik nüvə silahının arsenalını azaldanda, Rusiya onun müasirləşməsi ilə məşğul olurdu”. Bu haqda İsveş Müdafiə Tədqiqatları İnstitutunun məruzəsinə istinadən “Dagens Nyheter” nəşri yazıb. Qeyd edilir ki, son illər Rusiya nüvə hücumunun simulyasiyası ilə adi silahın tətbiqiylə təlimlər keçirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın iki hərbi gəmisi Qətər sahillərinə çatıb. ABŞ Qətərlə birgə hərbi təlimlər keçirəcək.

ABŞ Qətərdə Yaxın Şərqdəki ən böyük hərbi bazalarından birinə sahibdir.

Digər bir xəbərə görə, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ölkələr tərəfindən embarqolara məruz qalan Qətər ABŞ ilə yeni döyüş təyyarələri almaq üçün razılaşıb. Vaşinqtonda dünən imzalanan razılaşmaya görə, Qətər 12 milyard dollar məbləğində 72 ədəd F-15 döyüş təyyarəsi alacaq.

ABŞ razılaşma ilə 42 ştatda 60 min yeni iş yeri açmağı planlaşdırır. ABŞ Konqresi ötən il 21 milyard dollar dəyərində təyyarə satışı üzrə müqavilələri təsdiqləyib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl Qətəri “terrorizmin sponsor” olmaqda ittiham etmişdi.

Qətərə qarşı embarqolar tətbiq edən ölkələrdən biri olan Misir prezidenti Əbdülfəttah əl-Sisi Türkiyəyə qarşı qalmaqallı çağırış edib. Sisi ərəb ölkələrini Türkiyəyə qarşı embarqolar tətbiq etməyə çağırıb.

Onun sözlərinə görə, Türkiyəyə qarşı embarqolar bu ölkənin Qətərə verdiyi dəstək dayandırılana kimi davam etməlidir. Təklifin Bəhreyn kralı Hamad bin İsa Əl-Xəlifə ilə Qahirədə keçirilən görüşdə səsləndirildiyi bildirilir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və BƏƏ Qətərlə diplomatik əlaqələri kəsdiklərini bəyan edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yaxın Şərqin xəritəsi yenidən çəkilməyə başlanıb. Şimali İraq regional kürd müxtariyyətinin başçısı Məsud Bərzaninin sentyabrın 25-də müstəqillik haqqında referendumun keçirilməsi barədə qərarı Yaxın Şərqdə çoxları tərəfindən təşvişlə qarşılandı. Nə baş verir? Rusiyalı ekspert Stanislav Tarasov Bərzaninin Sevr müqaviləsinin ruhunu diriltdiyini bildirib.

Ərbil hesab edir ki, İŞİD üzərində qələbə qazanılıb və müstəqilliyin əldə edilməsi üzrə layihənin həyata keçirilməsinin vaxtıdır. Niyə məhz indi?

Tarasov diqqəti ABŞ prezidenti Donald Trampın kürəkəni və onun baş məsləhətçisi Cared Kuşnerin aprel ayında bölgəyə səfərinə diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın dövlət katibi Reks Tillerson İranın regiondakı fəaliyyətindən, nüvə sazişindən və Amerika hökumətinin İranla bağlı siyasətindən danışıb. Rəsmi Tehranı sabitliyi pozmaqda günahlandıran Tillerson ABŞ hökumətinin İranın bölgədəki hegemonluğuna qarşı ilk addımlarını atmağa başladığını bildirib:

“Bizim İranla bağlı xarici siyasətimiz formalaşmaqdadır və hələlik prezidentə təqdim edilməyib. Lakin bir şeyi bildirməliyəm. O da budur ki, bizim İranın bölgədə çaxnaşmanın qızışdırılması istiqamətində apardığı fəaliyyətindən və rolundan xəbərimiz var. Tehranın regiondakı hegemonluğunun qarşısını almaq və onun nüvə silahlarına yiyələnməsinə mane olmaq, bizim Tehranla bağlı yürütdüyümüz siyasətin əsas təməllərindən biridir.

Bizim siyasətimiz həm də ölkə daxilində İran rejimini dinc yollarla dəyişdirməyə cəhd göstərən qüvvələrə yardım etmək və onlara dəstək verməkdir”.

Tillerson öz çıxışında İran rejimini dinc yollarla dəyişdirməyə cəhd edən daxili qüvvələrin adlarını çəkməkdən imtina edib.

Rusiya prezidenti Vladimir Putinlə ənənəvi ”Birbaşa xətt” keçirilib. Dövlət başçısı ölkənin ictimai-siyasi və ictimai-iqtisadi həyatı, həmçinin beynəlxalq vəziyyətə dair suallara cavab verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Fəthullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevrilişə cəhdi çərçivəsində aparılan məhkəmə prosesində ilk qərar açıqlanıb. Prezidentin baş katibi Fahri Kasırğanın girov götürülməsi ilə bağlı keçirilən məhkəmədə şübhəlilərin 18-nə ağırlaşdırılmış ömürlük həbs və əlavə olaraq 12 il həbs cəzası verilib.

Daha 5-i ömürlük həbs və əlavə olaraq 10 il, Prezident Mühafizəçiləri Alayının keçmiş komandiri, polkovnik Mühsin Kutsi Barış isə 12 il həbs cəzasına məhkum edilib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm