Nida Təhlil
Etirazların heç bir mənası yoxdur: "Dəmir yumruq" yerindədir - Türkiyədən baxış
Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı razılıq əldə edilib. Buna baxmayaraq Tavuşda ermənilər etiraz edir, müharibəyə çağırış edirlər. Artıq bütün dünya qəbul edib ki, o torpaqlar Azərbaycana məxsusdur. Amma ermənilər özgə torpaqlarından gözlərini çəkmirlər. Ermənilərin bu etirazları və təxribatçı addımları fonunda Azərbaycan hansı addımı ata bilər?
Məsələ ilə bağlı Türkiyənin Azərbaycandakı sabiq səfiri, “İMZA” İctimai Birliyinin Türkiyə Nümayəndəsi Hulusi Kılıç Publika.az-a açıqlama verib.
O qeyd edib ki, indi regiondakı yeni reallığı Ermənistan qəbul etmək məcburiyyətindədir:
“Azərbaycana məxsus olan 4 kəndin geri qaytarılması ilə bağlı qərarın qəbulu dünyada böyük əks-sədaya səbəb olub. Ümid edirik ki, digər 4 kənd də tezliklə Azərbaycana qaytarılacaq. Azərbaycanla Ermənistan arasında daimi sülh sazişi tezliklə imzalanacaq. Bu 4 kəndin Azərbaycana qaytarılması sülh sazişinin imzalanmasına ümidləri daha da artırıb. Etirazların heç bir mənası yoxdur. Azərbaycanın "dəmir yumruğu" yerindədir. Azərbaycan dövləti regionda gərginliyin olmasını istəmir.

Azərbaycanın güclü lideri, güclü ordusu və liderini dəstəkləyən xalqı var. Azərbaycan bölgədə ədaləti bərpa etmək üçün var. BMT-nin 30 ildir həyata keçirmədiyi, edə bilmədiyi işi Azərbaycan lideri edib. Buna heç bir qurum, heç bir şəxs etiraz edə bilməz. Azərbaycanın tələbləri qanunidir. Ona görə də daimi sülh və sabitlik istəyir. Cənubi Qafqazda sülhün olmasıdan hər üç ölkə yararlanacaq. Azərbaycan Ermənistanla qonşu olmaq istəyir. Xalqlar arasında düşmənçilik olmaması üçün liderlər doğru qərarlar verməlidirlər”.
Aysel Şahmar
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)













.jpg)