Nida Təhlil
Qarabağda müharibə sürətlə YAXINLAŞIR: Ermənistandan HİYLƏGƏR OYUN
Ermənistan danışıqlar prosesindən yayınmaq üçün yeni
hiyləyə əl atır.
Publika.az xəbər verir ki, Azərbaycanın işğal olunmuş
torpaqlarından Ermənistan tərəfindən yaradılan qondarma “DQR”-in
İrəvandakı “nümayəndəsi” Qarnik İsaqulyanın verdiyi açıqlamada
işğalçı erməni rejiminin hiylələri aydın şəkildə görünür.
Q.İsaqulyan deyir ki, “əgər Ermənistana təzyiqlər olacaqsa, biz
(qondarma “DQR”-i nəzərdə tutur - red) İrəvanın Xankəndini təmsil
etmədiyini elan edəcəyik”.
Bu açıqlamaya geniş spektrdən baxdıqda ortada status-kvonun
dəyişməsi üçün təzyiq göstərdiyini, İrəvan rejiminin də önləyici
addım olaraq, “diplomatik manevr” etdiyini hesab etmək olar. Söhbət
hansı təzyiqdən gedir? Mümkündür ki, Ermənistana münaqişənin həlli
üçün real danışıqlara başlaması ilə bağlı təzyiqlər var. İndiki
məqamda nəzərlər prezidentlərin Rusiyada gözlənilən görüşünə
yönəlir. Ehtimal ki, Rusiyada Bakı-Moskva-İrəvan olmaqla
keçiriləcək üçtərəfli görüşdə Ermənistanın qarşısına şərtlər
qoyulacaq və bu şərtləri İrəvan rejiminin bel bağladığı Kreml də
dəstəkləyəcək. Bu kontekstdən Azərbaycan və Rusiya prezidentlərinin
iyulun 21-də keçirilən Soçi görüşü yada düşür. Görünür, İrəvan
diplomatiyanın pərdələri qapanan səhnəsində baş verənlərdən və
gözlənilən təzyiqlərdən məlumatlıdır. Məhz buna görə qondarma “DQR”
kartını dövriyyəyə buraxır. Burada bir-biri ilə üzvü şəkildə bağlı
olan iki hədəf var.
Birincisi, Ermənistan təzyiqlərin qarşısında duruş
gətirmək üçün məsuliyyəti üzərindən atır və “məsələ “DQR”-dən
asılıdır” tezisini yaradır.
İkincisi, bununla həm də qondarma “DQR”-i
münaqişənin tərəfi olaraq prosesə daxil etməyə cəhd edir.
Ermənistanın bu təhlükəli oyunu faktiki olaraq müharibəyə start
vermək deməkdir. Çünki bu manevr avtomatik olaraq onsuz da olmayan
danışıqlar prosesini tamamilə sıradan çıxaracaq, vəziyyət belə
olanda isə Azərbaycanın ehtiyatda saxladığı hərbi variant qaçılmaz
olacaq. Bunu İrəvan da anlayır, lakin iyulun 30-da erməni
mediasında yayılan bir xəbər Ermənistanın müharibəyə hazırlaşdığı
fikrini ön plana çıxarır.
Qondarma “DQR”-in “müdafiə naziri” Levon Mnasakyan Ermənistanın
ictimai televiziyasının efirində elan etdi ki, “Qarabağ ordusu” çox
güclüdür, rəqibin bütün hərəkətlərini izləməyə qadirdir və “bizdə
alov saçan çox güclü silahlar var”.
İsaqulyanla Mnasakyanın ard-arda verdikləri açıqlamalar təsadüfi
ola bilməz. Onların hər ikisini İrəvan rejiminin danışdırdığı və
dedikləri sözlərin də işğalçı erməni rejimi tərəfindən hazırlandığı
şübhəsizdir.
- Ermənistan gözlənilən təzyiqlərdən yayınmaq üçün diqqəti qondarma
“DQR”-in üzərinə yönəldir; bununla həm də danışıqlar prosesinə
qondarma “DQR”-i daxil etmək gedişi edir; “DQR”-in “müdafiə
qabiliyyətini” gündəmə gətirməklə güc nümayişi göstərir.
Sual yaranır: Ermənistan güc nümayişi üçün niyə
“DQR”-i önə sürür, hansı ki, burada erməni ordusunun gücündən
danışmaq daha məntiqli olardı.
Cavab aydındır: bu da qondarma “DQR”-i tərəf kimi
göstərmək planın tərkib hissəsidir.
Bütün hallarda düşmənin təhlükəli oyun oynadığı ortadadır.
Proseslərin inkişafı isə Ermənistanın “məsələni “DQR”-ə dövr
etmək”dən ibarət olan hiyləgər planı həyata keçirmək üçün
Azərbaycan Ordusunun mövqelərinə təxribat hücumları həyata keçirə
biləcəyi ehtimalını gücləndirir.
Asif Nərimanlı
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq