Azərbaycanın qonşuluğunda FƏLAKƏT SSENARİSİ, Qarabağa dair BƏDBİN PROQNOZ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycanın qonşuluğunda FƏLAKƏT SSENARİSİ, Qarabağa dair BƏDBİN PROQNOZ... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Noyabrın 24-də Belçikanın paytaxtı Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 5-ci sammiti keçirilib. Brüsseldə Qarabağ forumu keçirilib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistana səfər edib. Türkiyə, Rusiya və İran prezidentlərinin iştirakı ilə Soçidə Suriya üzrə üçtərəfli sammit olub. Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Rusiya prezidentinin Suriya liderinə 9 maddəlik plan təqdim etdiyi barədə xəbər yayılıb. Misirin Sinay yarımadasında məscidə silahlı hücum çoxsaylı insan itkisi ilə nəticələnib. Luqanskda “dövlət” çevrilişinə cəhd olub.

Azərbaycan, Dağlıq Qarabağ

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberq ilə alyansın Brüsseldəki mənzil-qərargahında görüşüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 23-də Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 24-də Belçikanın paytaxtı Brüsseldə "Şərq Tərəfdaşlığı" proqramının 5-ci sammiti keçirilib. Sammitdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Sammitin sonunda birgə bəyannamə qəbul edilib. Sammitinin yekununda qəbul olunan bəyannamədə həll olunmamış münaqişlərə geniş yer ayrılıb.

Sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyini bildirilib. Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq həll edilməsi naminə səylərini artırmağa çağırılırlar. Bəyannamədə bildirilib ki, Avropa İttifaqı tərəfdaşlarının ərazi bütovlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir və bunun qorunmasına görə öhdəlik daşıyır.

Sənəddə iştirakçıların Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə gedən danışıqların gedişatını yüksək qiymətləndirdikləri bildirilib.

Sammit qlobal məsələlərlə yanaşı, Dağlıq Qarabağ münaqişəsi kontekstində də diqqət çəkirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 20-da Azərbaycan dövlətinin təşəbbüsü ilə Belçika krallığının paytaxtı Brüsseldə Qarabağ forumu keçirilib. Forum “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlanırdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Fransaya səfəri Bakı tərəfindən sərt etirazla qarşılanıb. XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən erməni lobbi dairələri və Ermənistan bu yolla Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimi təşviq etməyə və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneə olmağa çalışır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Vaşinqtonun rusofob siyasəti ilə əlaqədar Rusiya və ABŞ arasında dərin fikir ayrılıqlarına baxmayaraq, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”. Bunu Azərbaycana səfərə gələn Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 20-da ADA Universitetində tələbələr və müəllim heyəti ilə görüşündə deyib.

“Əlbəttə, münasibətlərin bir çox sferaları dərin dalandadır, amma Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə əməkdaşlıq zərər çəkməyib”, - Lavrov bildirib.

O əlavə edib ki, Rusiya münaqişəsinin nizama salınması üzrə ABŞ və Fransa ilə ümumi mövqeyə malikdir.

Lavrov həmçinin Avrasiya İqtisadi İttifaqının genişlənməsi məsələsinə toxunub. “Avrasiya İqtisadi İttifaqı açıq inteqrasiya birliyidir. Biz heç kəsə bu təşkilata daxil olmağı diqtə etməmişik. Hazırda Tacikistanın təşkilata daxil olması məsələsinə baxılır. Bizə MDB üzvü olmayan ölkələrdən də müraciətlər gəlir. Azərbaycanı da bu təşkilatda görməkdən çox məmnun olarıq", - deyə Rusiya XİN başçısı vurğulayıb.

"Dağlıq Qarabağ münaqişəsini müzakirə etdik. Həllə gətirən bir sıra istiqamətlər ətrafında fikir mübadiləsi apardıq". Sergey Lavrov Bakıda Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Üç həmsədrdən biri olaraq hər iki tərəf üçün məqbul olan sülh yolu ilə həll istiqamətində çalışacağıq", - deyə S. Lavrov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan ərazilərinin azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri müzakirə olunur: “Bu sənədlərdə bir sıra paraqraflar var ki, heç vaxt şübhə doğurmayıb. Lakin bəzi məsələlər var ki, müəyyən səylər tələb edir".

S. Lavrov qeyd edib ki, Minsk qrupu yaradılandan sonra Azərbaycan ərazilərinin azad olunması və Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi ilə bağlı danışıqlar onun səlahiyyətinə keçib.

"Münaqişə bu danışıqlar çərçivəsində sülh yolu ilə həll olunmalıdır. Bütün addımlar dəfələrlə müzakirə olunub və ATƏT-in sənədlərində, həmsədrlərin bəyanatlarında öz əksini tapıb. Menyu masa üzərindədir”, - rusiyalı nazir qeyd edib.

Elmar Məmmədyarov da bildirib ki, münaqişənin həlli üzrə köhnə və yeni ideyaların hamısı masa üzərindədir: “Biz bu ideyalardan tərəflər üçün məqbul olan vahid sənəd yaratmalıyıq”

O qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin son tarixi yoxdur: “Qətnamə yerinə yetirilməyənə qədər qüvvədə qalır. BMT qətnamələrində Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması tələb edilir. Mən bu qətnamələrin yerinə yetiriləcəyinə şübhə etmirəm. Biz bu istiqamətdə irəliləyirik”.

Qeyd edək ki, noyabrın 19-da Bakıya səfər edən Lavrov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.

“Putinlə Sarkisyanın Moskvada qapalı keçirilən görüşü “döyülmüş it” atmosferində keçdi”. Bu barədə erməni politoloq Manvel Sarkisyan deyib.

Onun sözlərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarabağ ətrafında iki vəziyyət yaranıb. Birincisi, sabitlikdir. Hesab etmək olar ki, Rusiyada prezident seçkilərinə görə Moskva və Bakı sabitliyin qorunmasında razılığa gəlib. İkincisi isə bunun əksinədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova noyabrın 23-də keçirdiyi brifinq zamanı Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı açıqlama verib. O bildirib ki, Rusiya münaqişənin mümkün qədər qısa zamanda həll olunmasında maraqlıdır:

"Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusu Rusiya üçün prioritetdir. Biz münaqişənin həll olunmasını çox istəyirik və nə qədər tez həll olunsa, bir o qədər yaxşıdır".

Azərbaycana və Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavrovun rəsmi səfəri artıq qurtardı, ancaq bizim cəmiyyətimizdə səbəblərin coşğun müzakirəsi davam edir. Ən əsas da Yerevana Rusiya diplomatiyasının başçısının gəlişinin nəticələri müzkirə olunur. Rusiya xarici işlər naziri Sergey Lavrov əvvəlcə Bakıya, daha sonra İrəvana səfər etdi. Səfər başa çatsa da, Lavrovun gəlişinin məqsədinin nə olduğu əsas müzakirə mövzusuna çevrilib.

Ermənistan mediası Lavrovun İrəvan səfərinin məqsədinin Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması olduğunu yazır.

Erməni siyasi şərhçi Viqen Petrosyan yazır ki, Rusiya Ermənistandan Qarabağ ətrafındakı rayonların bir neçəsini azad etməyi istəyir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan

Noyabrın 21-də İrəvanda Rusiya və Ermənistan Xarici İşlər Nazirliyinin başçıları - Sergey Lavrov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdən sonra mətbuat konfransı keçirilib.

Rusiya Xarici İşlər Nazirliyinin başçısı qeyd edib ki, bu mərhələdə xüsusi optimizm göstərmək lazım deyil, çünki Dağlıq Qarabağ mürəkkəb problemdir və həlli vaxt tələb edir.

“Mən xüsusi optimizm nümayiş etdirmək istəmirəm. Problem mürəkkəbdir, danışıqlarla bağlı təcrübəmiz göstərir ki, tezliklə başa çatmayacaq”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Nalbəndyan isə Azərbaycanı Qarabağın həlli yollarına maneə yaratmaqda itiham edib:

“Ermənistan bundan sonra da Rusiya və həmsədrlərlə birgə konfliktin sülh yolu ilə həllinə yönəlmiş fəaliyyətini davam etdirmək niyyətindədir. Azərbaycanın tam konstruktiv olmayan mövqeyinə rəğmən danışıqları davam etdirmək lazımdır, danışıqlara alternativ yoxdur”.

Sergey Lavrov İrəvan səfəri çərçivəsində həmin gün Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Avropa İttifaqı (Aİ) Ermənistanı şirkət və fərdi şəxslərin milli vergitutmadan yayınaraq maliyyə fəaliyyəti göstərən ofşor ölkələrin siyahısına daxil edə bilər. "Bloomberg" agentliyinin xəbərinə görə, Aİ-nin işçi qrupu, onda olan sənədlərə əsasən, 90 yurisdiksiyanın vergi normalarına uyğunluğunu yoxlayır. Onlardan Ermənistan, Panama, Serbiya və Tunis daxil olmaqla 36 ölkə siyahıya daxil edilə bilər.

Daha öncə, iqtisadiyyat və maliyyə məsələləri üzrə Avropa komissarı Pyer Moskovisi İtaliya KİV-lərinə müsahibəsində Aİ-nın "maliyyə vasitəçiləri"nin nəzarət və tənzimlənməsi sistemi üzərində işlədiyini və ofşor ölkələrin siyahısının 2017-ci ilin sonuna qədər təqdim edəcəyini bildirib.

Noyabrın 24-də Brüsseldə keçirilən sammitdə Avropa İttifaqı Ermənistanla hərtərəfli və genişləndirilmiş partnyorluq razılaşması (Comprehensive and Enhanced Partnership Agreement – CEPA) adlı sənədi imzalayıb.

Türkiyə, İran, Yaxın Şərq

Türkiyə NATO ilə münasibətləri kəsmək niyyətində deyil. Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın söyləyib. Onun sözlərinə görə, Norveçdəki son insident Ankaranın NATO siyasətini dəyişməyəcək.

O, Türkiyənin bu məsələni tam, ətraflı öyrənilməsini tələb etdiyini bildirib.

Qeyd edək ki, Norveçdə keçirilən NATO təlimləri zamanı şərti düşmən hədəfi kimi seçilən lövhədə Atatürkün rəsmi və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın adı yer alıb. Türkiyə təlimdə iştirak edən əsgərlərini dərhal geri çağırıb və NATO-dan izahat tələb edib.

Hadisəyə görə məsuliyyət daşıyan 2 nəfərin ordudan qovulub, Norveç və NATO Türkiyədən üzr istəyib.

NATO üzvü Türkiyə Rusiyadan S-400 zenit raket kompleksləri alacağı halda ABŞ tərəfindən sanksiyalara məruz qala bilər. Bu barədə “Vaşinqton Post” informasiya yayıb.

Nəşr Rusiyaya tətbiq edilən sanksiya tələbinə uyğun olaraq bu ölkədən silah alan Türkiyəyə də sanksiya tətbiqinin mümkünlüyü və qara siyahıya düşmüş rus şirkətləri ilə ticarət əlaqələrinə görə Türkiyəyə ABŞ tərəfindən silah satışının tamamilə dayandırılacağını istisna etməyib.

Daha əvvəl ABŞ Hərbi-Hava Qüvvələrinin məsləhətçisinin köməkçisi Heydi Grant deyib ki, Türkiyə Rusiyadan S-400 “Triumf” raket hücumundan müdafiə sistemləri alacağı halda, Türkiyənin NATO texnologiyasına girişi məhdudlaşdırılacaq.

O həmçinin qeyd edib ki, məhdudiyyətlər F-35 tipli beşinci nəsil bombardmançıları ilə bağlı da ola bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın S-400 zenit-raket sistemlərinin ilk partiyasının Türkiyəyə çatdırılması 2019-cu ildə həyata keçiriləcək. Bu haqda Türkiyənin müdafiə naziri Nürəddin Canikli deyib.

Qeyd edək ki, S-400-lərlə bağlı razılaşma sentyabrın ortalarında əldə edilib. Müqavilənin dəyəri 2 milyard dollardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

"Əsl plan islam cəmiyyətlərini içəridən çökdürməkdir. İŞİD, “Əl-Qaidə”, “Boko Haram”, YPG və FETÖ kimi qatil sürülərinin bütün bölgəmizi böyük bir qan gölünə çevirdiyini görürük”. Bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin 33-cü iclasında çıxışında deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

24-də ABŞ prezidenti Donald Tramp və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon söhbəti olub. Telefon söhbətində Suriya da daxil olmaqla, Yaxın Şərqdəki vəziyyət və ikitərəfli münasibətlər müzakirə edilib.

Telefon söhbətindən sonra açıqlama verən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Tramp YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücü - red.) artıq silah verilməməsi barədə təlimat verib.

Ankara Cinayət Məhkəməsi Fəthullahçı Terror Təşkilatının (FETÖ) 45 üzvünün 22 ölkədən ekstradisiyası haqqında sorğunun hazırlanması ilə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Soçidə Suriya prezidenti Bəşər Əsədlə görüşüb. Görüşdə Rusiya prezidenti Bəşər Əsədi Suriya ordusunun terrorçularla mübarizədə qazandığı uğurlara görə təbrik edib.

Rusiya və Suriya prezidentləri - Vladimir Putin və Bəşər Əsəd razılaşdılar ki, Suriyada hərbi əməliyyatlar başa çatmağa yaxındır və indi siyasi proseslərə keçmək lazımdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, İran və Türkiyə İŞİD də daxil olmaqla terrorla mübarizə mövzusunda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib. Bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı noyabrın 22-də keçirilən Soçi görüşünün yekunu olaraq bəyan edib.

"İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı əməkdaşlığı genişləndirmək üçün liderlər hazır olduqlarını təsdiq etdilər", - o deyib.

Soçidə Rusiya və İran prezidentləri ilə keçirdiyi üçtərəfli danışıqlar haqqında mətbuata açıqlama verən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Suriya Milli Konqresinə daxil olacaq şəxsləri Türkiyə, İran və Rusiya seçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə məsləhətləşmədən YPG-ə hücum etməyəcəyinə dair Rusiya və İrana söz verib. Bu barədə “Tayms” informasiya yayıb.

“Cənab Ərdoğan türk ordusunun rəsmi Dəməşqlə məşləhətləşmədən Suriyada kürd qüvvələrinə hücum etməyəcəyinə söz verib. Soçidə baş tutan Türkiyə, İran, Rusiya üçtərəfli görüşü ilə Əsədin mövqeyini artırmaq və ölkəsinin sərhədlərinə nəzarət edə biləcəyini nümayiş etdirmək istəyirlər. Görünür, cənab Putin də Bəşər Əsəddən sülh danışıqlarında konstruktiv formada iştirak etmək sözü alıb. Bu isə Suriyanın şimalındakı müxalif qruplarla dialoqa girməyin qəbul edilməsi anlamına gəlir”, - yazıda qeyd olunub.

Rusiya prezidenti Vladimir Putin İran və Türkiyə prezidentləri – Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğanla görüş öncəsi Suriya lideri Bəşər Əsədə 9 maddəlik plan təqdim edib.

Əsəd postunda qalmasının qarşılığında seçki sistemi, konstitusiya dəyişikliyi və geniş əfvin də yer aldığı planı yerinə yetirməlidir.

Suriya prezidentinin bütün maddələri qəbul etdiyi bildirilir.

Ankara, Moskva və Tehranın nazirlər və hərbi səlahiyyətlilərin iştirakı ilə keçirilən görüşlərdə Suriyanın 7 illik siyasi yol xəritəsinin dəqiqləşdirilməsi üçün 19 məsələdə razılığa gəldiyi bildirilir. Yol xəritəsi 2018-ci il yanvarın 15-nə kimi formalaşdırılacaq. Razılaşdırılmayan iki məsələni isə üç ölkə lideri bu gün Soçidəki görüşdə müzakirə edəcəklər.

Sözügedən məsələlər PYD-nin statusu və normallaşma prosesində ABŞ bazalarının taleyidir. Türkiyə və İran normallaşma prosesi ilə ABŞ hərbçilərinin Suriyadan geri çəkilməsini istəyirlər.

Türkiyə, Rusiya və İranın Soçi görüşündən sonra Səudiyyə Ərəbistanında toplanan Suriya müxalifəti Cenevrə konfransına qatılmaq qərarını verib. Cenevrədə Suriya hökuməti ilə müxalifəti razılaşmaq üçün masada oturacaq.

Müxaliflər gələn həftə BMT tərəfindən təşkil olunan Cenevrə toplantısına ortaq heyətlə qatılacaqlar. Zirvədə ən mühüm məsələ Əsədin hakimiyyətdən gedib-getməməsi olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin liderlərindən biri Murat Karayılan Rusiya prezidenti Vladimir Putindən kömək istəyib. Təşkilatın mediasına danışan Karayılan Afrin əməliyyatı keçirməməsi üçün onu Türkiyəyə təsir etməyə çağırıb.

“Türkiyə Afrinə hücum edərsə, bunu Rusiyanın hücumu kimi qiymətləndirəcəyik. Ümid edirəm ki, cənab Putin bu əməliyyatın iştirakçısı olmayacaq. Bu, Rusiya rəhbərliyindən gözləntimizdir”, - o deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ İŞİD-in məhv edilməsindən sonra Suriyada hərbi gücünü saxlamaq niyyətindədir. Bu barədə “Washington Post” nəşri mənbələrə istinadən yazıb.

Adının açıqlanmasını istəməyən yüksək vəzifəli məmur bildirib ki, Vaşinqton Suriyada kürdlərdən ibarət “Suriya Demokratik Gücləri”ni (PKK-nın Suriya qolu olan PYD üzvlərindən təşkil olunmuş qruiplaşma-red) dəstəkləyəcək.

“ABŞ düşünür ki, Bəşər Əsədin hakimiyyətdə qalması İranın qələbəsi deməkdir. Buna görə də Suriyanın şimalında Dəməşqə tabe olmayan müstəqil dövlətin yaradılması planlaşdırılır. Bu plan həm də Əsədin noyabrın sonunda keçiriləcək Cenevrə danışıqlarında güzəştə getməsini təmin edə bilər”, - deyə mənbə vurğulayıb.

Amerika Birləşmiş Ştatları Yaxın Şərqdəki hərbi gücünü artırır. Pentaqon Yaxın Şərqdəki əsgərlərinin sayının 54 min 180-ə çatdırdıqlarını açıqlayıb. Pentaqonun hesabatında qeyd olunur ki, bu ilin may ayında Yaxın Şərqdəki amerikalı əsgərlərin sayı 40 min 517 olub. Sentyabr ayında isə bu rəqəm 54 min 180-ə çatdırılıb.

Suriyada müharibənin aktiv mərhələsinin başa çatdığı elan olundu, İŞİD məğlub edildi. Bundan sonra nələr olacağı, xüsusilə ABŞ-ın yeni strategiyasının necə olacağı maraqlıdır. Türkiyəli siyasi yazar İbrahim Ərdoğan Yaxın Şərqdəki prosesləri və ABŞ-ın yeni strategiyasını şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Terrorçuların məhvindən sonra qoşunların Suriya ərazisindən çıxarılmaması barədə Vaşinqtonun niyyəti ABŞ hərbçilərinin bu ölkədə olmasının həqiqi hədəfləri haqqında böyük suallar yaradır. Bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD Əfqanıstanda mövqelərini möhkəmləndirir. Bunu BMT Baş Assambleyasında çıxışı zamanı Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya söyləyib. Onun sözlərinə görə, İŞİD-in Əfqanıstandakı döyüşçülərinin sayı 10 min nəfərə çatıb:

“İŞİD Əfqanıstanda öz sıralarını daha çox xarici döyüşçülər hesabına artırır. Bu döyüşçülərin çoxu Suriya və İraqda döyüş təcrübəsinə sahib olanlardır”.

Səudiyyə Ərəbistanında məskunlaşan, noyabrın 4-də Livanın baş naziri postundan istefa verən Saad Həriri istefasını təxirə salıb. Saad Həriri istefa ərizəsini prezident Mişel Aunaya təqdim etdiyini, lakin prezidentin istəyi ilə istefa qərarını təxirə saldığını deyib.

Qeyd edək ki, Saad Həriri 17 gündən sonra dünən ölkəsinə qayıdıb.

Səudiyyə Ərəbistanı və İran arasında gərginlik hər keçən gün artır. Səudiyyə Ərəbistanının liderliyi ilə keçirilən Ərəb Birliyi xarici işlər nazirlərinin zirvə görüşündə “İrana qarşı müharibə elan edilməli” açıqlaması da qarşıdurmanın pik həddini göstərir.

Səudiyyə Ərəbistanın “Al Arabiya” xəbər saytının köşə yazarı Mişari Zeydi İranın bölgədə heç kimi sağ buraxmayacaq planının olduğu iddiası ilə çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İranın dini lideri Ayətullah Əli Xameneyini Adolf Hitlerə bənzədib. “New York Times” qəzetinə müsahibəsində M.Salman İranın dini liderin başçılığı altında yürütdüyü siyasətin qarşısının alınmasının lazım olduğunu bildirib: “Avropadan öyrəndiyimiz kimi, güzəşt etmək heç bir işə yaramır. İrandakı yeni Hitlerin Avropada olanları Yaxın Şərqdə təkrar etməsini istəmirik”.

ABŞ Maliyyə Nazirliyi bir neçə şəxs və şirkətə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds briqadasını qeyri-qanuni maliyyələşdirdiyinə görə sanksiyalar tətbiq edib. Nazirlik bu şəxs və şirkətlərin SEPAH-a müxtəlif vacib məhsulların Avropa vasitəsilə tədarükünü təşkil etdiyini bildirib. Vaşinqton tədarükün saxta Yəmən valyutası ilə maliyyələşdirildiyini vurğulayıb.

Maliyyə Nazirliyi sanksiyalara “Tejarat Almas Mobin Holdinq”, “Pardaveş Tasvir Rayan”, Almaniyada yerləşən “Forent Texnik”, “Printinq Treyd Sentə” şirkətlərinin məruz qaldığını bildirib. Qara siyahıya həmçinin biznesmen Rza Heydəri və Mahmud Seyfi də düşüb.

Qərb, Rusiya, Qərb-Rusiya münasibətləri

NATO-nun Qərb-2017 təlimi ilə bağlı açıqlamaları yalnız Şərqi Avropada hərbi kontingentini artırmağa hesablanıb. Bunu Bakıda jurnalistlərə açıqlamasında Rusiya Xarici İşlər naziri Sergey Lavrov söyləyib.

“İndi NATO Şərqi Avropada öz hərbi kontingentini Rusiya təhdidi bəhanəsi ilə yerləşdirir. Qərb-2017 hərbi təliminin Rusiyanın Baltikyanıya müdaxiləsi üçün hazırlıq olması yalanını ortaya atıblar. Onların bu düşüncələrinin heç biri reallaşmadı. Qərb-2017 təlimi təhdidinin neytrallaşması ilə bağlı buraya yeridilən ordular hələ də Şərqi Avropada saxlanılır”, - o bildirib.

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Maykl Flinin vəkilləri “Rusiya müdaxiləsi” haqqında araşdırmanın gedişi ilə bağlı informasiyaların prezidentin hüquqşünaslarına verilməsini dayandırıb. Bu haqda dörd mənbənin məlumatlarına istinadən “The New York Times” nəşri bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna

Ukrayna Xarici İşlər Nazirliyi noyabrın 21-də Belarus diplomatını arzuedilməz şəxs elan edib. Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Maryana Betsanın sözlərinə görə, bu addım rəsmi Minskin Ukraynanın Belarusdakı səfirliyinin müşaviri İqor Skvrotsovu arzuedilməz şəxs elan etməsinə cavab olaraq atılıb.

“Ukraynanın Xarici İşlər Nazirliyi qarşılıqlılıq prinsipini rəhbər tutaraq bu qərarı qəbul edib”, - o deyib.

Betsa qeyd edib ki, belaruslu diplomat Ukraynanı artıq tərk edib. Xatırladaq ki, İqor Skvrotsovu noyabrın 20-də Belarus tərəfindən arzuedilməz şəxs elan edilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Noyabrın 21-də “Luqansk Xalq Respublikası”nda “dövlət” çevrilişi həyata keçirilib. İddiaya görə, çevriliş cəhdinin arxasında “ukraynalı sahibləri”ndən asılı olan İqor Plotnitskinin yaxın ətrafı dayanır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm