Ən elit ordu döyüş MEYDANINDA, birinci mərhələdə 2-3 RAYON… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Ən elit ordu döyüş MEYDANINDA, birinci mərhələdə 2-3 RAYON… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı maraqlı fikirlər səsləndirib. Türkiyə PKK/PYD/YPG terrorçularının kabusu olan ordu birliklərini Afrinə göndərir. Moskva PYD-nin Suriyadakı sülh prosesində yer almasının tərəfdarı olduğunu bəyan edib. ABŞ prezidenti Donald Trampdan acı bir etiraf gəlib. Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin Senatına qətnamə təqdim edib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Ermənistanın “arminfo” agentliyinə müsahibə verib. Sensasiya sayıla biləcək müsahibədə Musabəyovun Dağlıq Qarabağla bağlı səsləndirdiyi fikirlər Bakının 11 aprel prezident seçkilərindən sonra ərazilərin azad olunması istiqamətində “yol xəritəsi”ni tətbiq edəcəyi ehtimalını önə çıxarır.

Musabəyov Ermənistan KİV-inə müsahibəsində Azərbaycanda seçkilərin vaxtının dəyişdirilməsinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı olduğunu, rəsmi Bakının vaxt itirmək istəmədiyini qeyd edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

etməyin ki, Kipr sahillərində təbii qaz axtarışları və Egey dənizindəki qayalıqlardakı fürsətcil cəhdlər diqqətimizdən yayınır. Kipr və Egeydə həddini keçənlərə buradan xəbərdarlıq edirik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ dövlət katibi Reks Tillersonun Türkiyə səfərindən öncə İordaniyaya getməsi diqqət çəkib. Türkiyə mediası Tillersonun Ankaradan öncə Ammana səfər etməsinin arxasında incə diplomatik planın olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə PKK/PYD/YPG terrorçularının kabusu olan ordu birliklərini Afrinə göndərir. Hərbi Dəniz Qüvvələrinin ən elit birliyi olan SAT və SAS komkandoları “Zeytun budağı” əməliyyatına qatılıblar.

SAT və SAS komandoları “Bordo bereli”lərlə birlkdə ən çətin nöqtələrdə əməliyyatlar keçirir. Əməliyyatda Hərbi Dəniz Qüvvələrinin “Timsahlar” adlandırılan dəniz piyadaları da iştirak edir.

Təhlükəsizlk üzrə türkiyəli mütəxəssis, keçmiş “Bordo bereli” Mete Yarar Afrində həyata keçirilən “Zeytun budağı” anti-terror əməliyyatı ilə bağlı maraqlı açıqlamalar verib. M.Yarar türk ordusunun Afrində hər gün 6-7 kilometr irəlilədiyini deyib: “Halbuki, normal halda minalanmış ərazidə hər gün 15 metrdən artıq irəliləmək mümkün olmur. Bizim əsgərlərimiz isə fərqli cəbhələrdən hər gün 6-7 kilometr irəliləyir. Çünki bizim əsgərlər uzun illərdir bu cür əməliyyatlarda iştirak edir. Hazırda türk ordusunda hər kəsin müharibə təcrübəsi var. Dünyada bu qədər böyük müharibə təcrübəsinə malik olan başqa ordu yoxdur”.

M.Yarar qeyd edib ki, Ərdoğanın da dediyi kimi “yatan divi oyandırdılar”.

qorxuları da Türkiyənin oyanması idi”, - deyə türkiyəli mütəxəssis vurğulayıb.

Vətən Partiyasının lideri, Türkiyə “dərin dövləti”nə bağlı olduğu deyilən Doğu Perinçek ABŞ və Türkiyə arasında müharibənin başladığını deyib. D.Perinçek qələmə aldığı məqaləsində “Vaşinqton-Ankara trafiki bu müharibənin içindəki gediş-gəlişlərdir”, deyə yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

PYD-nin Suriyadakı sülh prosesində yer almasının tərəfdarıyıq. Bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

Rus rəsmisinin bu sözlərinə Ankaranın necə münasibət sərgiləyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Rusiya daha əvvəl Soçi zirvəsinə PYD/YPG-nin də qatılacağını açıqlamış, bu isə Moskva-Ankara arasında gərginliyə səbəb olmuşdu. Lakin Türkiyənin qəti mövqeyi sayəsində PYD tərəfi ötən ay baş tutan Zirvəyə qatıla bilməmişdi.

Suriyanın cənubunda son günlər baş verənlər İsrailin də bu ölkədə davam edən qarşıdurmalara daha aktiv qoşulduğunu göstərir. Bu isə regionda vəziyyəti daha da gərginləşdirə, ən əsası, İsrail və İran arasında genişmiqyaslı hərbi qarşıdurmanın baş verməsinə gətirib çıxara bilər. İsrailin “Yerusalem Post” qəzetində dərc olunan məqalədə İsrail və İran arasında açıq bir döyüşün başlandığı deyilir.

Fevralın 9-da Suriyanın cənubunda İrana məxsus pilotsuz uçuş aparatı İsrail tərəfindən vuruldu. Ardınca Suriyanın hava hücumundan müdafiə sistemləri İsrailin F-16 qırıcısını vurdu.

“Yerusalem Post” qəzetində Yaakov Katzın qələmə aldığı məqaləyə görə, Suriyada “kölgə döyüşü” davam edir. Katz hesab edir ki, döyüşün bəzi detalları ictimaiyyətə məlum olsa da, böyük qismi sirr olaraq qalmaqda davam edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İordan çayının qərb sahilində suverenliyin tam təmin edilməsi məsələsini amerikalılarla müzakirə etdik. Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu “Likud” partiyasından olan deputatlarla görüşündə deyib. “İordan çayının qərb sahilində suverenliyin tam bərpası məsələsini bir müddətdir ki, amerikalılarla müzakirə edirəm. Mövzu ilə bağlı bu prinsipləri izləyirik: Birincisi, amerikalılarla koordinasiya... Çünki onlar müstəqil İsrail dövləti və yəhudi məskənləri üçün strateji qazancdır. İkincisi isə bu özəl deyil, bir hökumət təşəbbüsü olmalıdır. Çünki tarixi həmlədir”, - Netanyahu bildirib.

Lakin ABŞ tərəfi yəhudi baş nazirin bu yöndə olan iddialarını təkzib edib.

“Bununla bağlı heç bir müzakirə aparmamışıq. ABŞ prezidenti bütün diqqətini İsrail-Fələstin arasında yeni bir sülh təşəbbüsünə yönəldib”, - deyə Ağ Ev sözçüsü Coş Raffel deyib.

Qeyd edək ki, İordan çayının qərb sahili uzun müddətdir ki, İsrail hökumətinin nəzarətindədir və burada qanunsuz olaraq yəhudi məskənləri salınır.

ABŞ prezidenti Donald Tramp ölkəsinin bu günə qədər Orta Şərqdə 7 trilyon dollar xərclədiyini və bu qədər məbləğin heç bir işə yaramadığını etiraf edib. Ağ Evdə 2019-cu il büdcəsi ilə bağlı açıqlamalar verən prezident “bu, bir səhvdir, amma vəziyyət budur” ifadəsini işlədib:

“Bir neçə ay öncəki son hesablamalara görə, Orta Şərqdə 7 trilyon dollar xərcləmişik. 7 trilyon dollar. Bu böyük bir xətadır, amma vəziyyət budur. Və bu gün Orta Şərq 17 il öncəkindən də pis vəziyyətdədir. Çox kədərlidir”.

Prezident seçilmədən öncə ABŞ-ın İraqı işğal etməsini böyük bir səhv kimi dəyərləndirən Tramp ölkəsinin Orta Şərqə hərbi müdaxilə etməsinin doğru olmadığından şikayətlənirdi. Ancaq vəzifəyə gəldikdən sonra ABŞ-ın İraq və Suriyadakı əməliyyatları ilə bağlı səlahiyyətlərini Pentaqona verən D.Tramp, xüsusilə, Suriyaya daha çox hərbi güc göndərməkdə qınanır.

Demokratlar Partiyasından üç senator ABŞ Konqresinin Senatına qətnamə təqdim edib. Qanunvericilər qətnamədə prezident Donald Trampı Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıblar.

Ben Kardin (Merilend ştatı), Şerrod Braun (Ohayo) və Robert Menendes (Nyu-Cersi) sənədin müəllifləridir.

Qeyd edək ki, yanvarın sonunda ABŞ-ın Maliyyə Nazirliyi “Kreml məruzəsini” açıqlayıb. Sənədə 210 nəfərin adı daxil edilib. Onlardan 114-ü Rusiya Federasiyasının yüksək vəzifəli məmurları, 96-sı dövlət şirkətlərinin rəhbərləridir.

Siyahı sanksiyaların avtomatik tətbiqini nəzərdə tutmasa da, gələcəkdə həmin şəxslərə qarşı sanksiyaların tətbiqi istisna edilmir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm