Deputat bu KİV-lərin bağlanılmasını tələb edir
Bizi izləyin

Nida Xəbər

Deputat bu KİV-lərin bağlanılmasını tələb edir

"İndi biz Şaumyanın irsinimi davam etdiririk?"

Millət vəkili Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı Azərbaycanda fəaliyyət göstərən və yalnız Rusiyanın siyasətini təbliğ edən rusdilli media qurumlarının bağlanılmasını təklif edib.

Publika.az xəbər verir ki, deputat Fazil Mustafa “MİR” telekanalı və “Bakinski raboçi” qəzetinin fəaliyyətinə də kəskin narazılığını bəyan edib.

Deputat bildirib ki, “MİR” telekanalı Azərbaycanda yayımlansa da, bir dəfə də olsun efirində Azərbaycanın Dağlıq Qarabağ problemindən bəhs olunmayıb:

“Baxmayaraq ki, bu televiziya kanalını Azərbaycan maliyyələşdirir. Amma bir dəfə də olsun ki, orada Qarabağ, Xocalı ilə bağlı süjetlərin efirə getdiyini görməmişik. Belə olan halda, onun yayımlanmasına nə ehtiyac var?

Eyni zamanda “Bakinski raboçi” qəzeti illərdir Azərbaycanda çap olunur. Hansı ki, onun tarixi Çar Rusiyasının dövrünə gedib çıxır. Qəzetin bizimlə heç bir bağlılığı olmayıb. Təsəvvür edin ki, onun iki redaktoru erməni olub. Onlardan biri də xalqımızın qatı düşməni olan Şaumyan olub. İndi biz xalqımızın qatı düşməni olan Şaumyanın irsinimi davam etdiririk? Bu qəzetə dövlət büdcəsindən pul ayrılır. Ona bu qədər pul ayrılmasına nə ehtiyac var?”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm