Nida Xəbər
Azərbaycan dünyanın ən çox hərbiləşmiş ölkələri sırasında - REYTİNQ
Azərbaycan 2016-cı il üçün qlobal militarizasiya
(silahlanma) indeksi üzrə 9-cu olub.
Bu analiz Almaniyanın Bonn şəhərindəki Beynəlxalq Konversiya
İnstitutu (BİCC) tərəfindən aparılan Qlobal Militarizasiya İndeksi
(Global Militarization Index 2016) tədqiqatında əksini tapıb.
Müəlliflər 1990-cı ildən bəri bu cür tədqiqatlar aparırlar. Onlar
hərbi sahəyə sərf olunan xərclərin Ümumi Daxili Məhsulun həcminə
olan nisbəti, bu sahədə çalışanların əhalinin ümumi sayına nisbəti
və ağır silahların sayının əhalinin sayına olan nisbəti kimi
parametrlər əsasında ölkələri qiymətləndirirlər.
Hesabat Stokholm Sülh Problemlərinin Araşdırılması İnstitutunun,
Beynəlxalq Valyuta Fondunun, Dünya Səhiyyə Təşkilatının məlumatları
əsasında hazırlanır.
Qlobal Militarizasiya İndeksində ilk üç yeri İsrail, Sinqapur və
Ermənistan tutur. Dördüncü sırada İordaniya gəlir. Şimal qonşumuz
Rusiya isə beşincidir.
Müəlliflər Cənubi Qafqazda silahlanmanın artmasını Dağlıq Qarabağ
münaqişəsinin həll olunmaması ilə əlaqələndirirlər.
İlk onluq belədir:
1. İsrail
2. Sinqapur
3. Ermənistan
4. İordaniya
5. Rusiya
6. Cənubi Koreya
7. Kipr
8. Yunanıstan
9. Azərbaycan
10. Bruney (Oxu.az)
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?