Nida Xəbər
Sarkisyan yenə sərsəmlədi: "Heç kim Qarabağın taleyini həll etmək hüququna malik deyil"
"Qarabağ münaqişəsinin nizama salınması prosesində Ermənistan Dağlıq Qarabağın son statusunun möhkəmləndirilməsini istəyir".
Virtualaz.org "İnterfaks"a istinadən bildirir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan deyib.
"Bizim hədəfimiz Dağlıq Qarabağ sakinlərinin vasitəsi ilə Dağlıq Qarabağın son statusunun təyinidir. Heç kim qarabağlılara öz həyat şərtlərini diqtə etmək hüququna malik deyil", - deyə S.Sarkisyan son aylarda tərxis olunmuş hərbi qulluqçularla görüşündə bildirib.
Onun sözlərinə görə, Dağlıq Qarabağın taleyini heç kim həll etmək hüququna malik deyil - nə Ermənistan, nə də Azərbaycan.
"Mən demirəm ki, erməni xalqının iradəsinə əhəmiyyət verilməməlidir. Qətiyyən, çünki Ermənistansız, erməni xalqı olmadan Dağlıq Qarabağda yaşayanlar heç bir zaman bu problemi həll edə bilməyəcəklər. Amma bu o demək deyil ki, bunu onların əvəzinə biz etməliyik. Biz iradələrini reallaşdırmaqda onları dəstəkləməliyik. Əminəm, elə bir vaxt gələcək ki, Dağlıq Qarabağ problemi bu yolla həll ediləcək. Bizim üçün əhəmiyyətli olan Qarabağın statusunun təyinidir, elə bir status ki, Dağlıq Qarabağ xalqına öz torpaqlarında əbədi yaşamaq imkanı verəcək", - deyə S.Sarkisyan vurğulayıb.
O bildirib ki, münaqişənin nizama salınmasının Madrid prinsiplərinin birinci bəndində göstərilib ki, Qarabağın statusu Dağlıq Qarabağ xalqı tərəfindən müəyyən edilməlidir.
O həmçinin qeyd edib ki, münaqişə zonasında sülhməramlı qüvvələrin yerləşdirilməsi haqda heç vaxt danışıqlar aparılmayıb.
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."