Nida Xəbər
Ermənistanın "18 fevral" PLANI: Qarabağda sabah başlayacaq QORXUNC SSENARİ
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında
yaradılan qondarma “DQR”-də fevralın 20-si “referendum seçkiləri”
keçiriləcək. Bu gün isə Münhen Təhlükəsizlik Konfransında
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun
həmsədrlərinin iştirakı ilə görüşüb. Rəsmi məlumatda deyilir ki,
nazirlər növbəti görüşləri və həmsədrlərin regiona səfəri
məsələsini müzakirə ediblər. Yəni görüş nəticəsiz olub və Münhendə
nəticəsiz görüşün olacağı gözlənilməz deyildi.
Ermənistan tərəfi Azərbaycanın XİN rəhbərlərinin Münhendə görüşməsi
təklifinə hələ ötən ildən soyuq yanaşırdı. İrəvan bu görüşdən tam
imtina etməsə də, ona razılıq da vermirdi. Çünki status-kvonun
saxlanılması üçün bütün vasitələrdən istifadə edən Ermənistan üçün
“donmuş danışıqlar”a aparan yol müzakirə masasından qaçmaqdan
keçir. İşğal olunmuş Dağlıq Qarabağda “referendum”un keçirilməsi də
Ermənistanın beynəlxalq hüquqa məhəl qoymadığını və danışıqları
daha çətin vəziyyətə saldığını təsdiq edir.
Bu baxımdan, “DQR”-də “referendum” öncəsi Nalbandyanın danışıqlar
masasında “can-dərdi” əyləşməsi təəccüblü deyildi.
Amma nəticəsiz Münhen görüşü fonunda Kremlə yaxınlığı ilə seçilən,
hətta bir sıra hallarda Putinin səlahiyyətli nümayəndəsi olaraq
təqdim edilən politoloq Sergey Markovun açıqlaması yada düşür.
“Lakin təəssüflə proqnozlaşdırıram ki, bu danışıqlar nəyəsə nail
olmayacaq. Çünki ötən il “Kazan düsturu” (Qarabağ ətrafındakı
rayonların qaytarılması və Bakının istədiyi “mərhələli həll”
paketini nəzərdə tutan mexanizm – red.) çərçivəsində böyük
razılaşmanın imzalanması mümkün idi, lakin şans əldən qaçırıldı.
Ermənistan rəhbərliyi bunu imzalamaqdan boyun qaçırdı. Bu baxımdan,
Münhen görüşündən sonrakı vəziyyəti təhlükəli hesab edirəm. Münhen
görüşündən sonra böyük hadisələr olacaq. Qorxu ilə qeyd edirəm ki,
ya hərbi toqquşmalar başlayacaq, ya da başqa nələrsə olacaq”, -
deyə Putinin “adamı” açıqladı.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Kremlə yaxın Markovun “böyük hadisələr olacaq” deməsi gündəmə
hesablanmış açıqlama deyildi. Deməli, Kremlin adamında yeni
toqquşmaların mümkünlüyü haqda informasiya var. Və o, “qorxu ilə
qeyd edirəm” deməklə həm də yeni müharibənin Moskvaya sərf
etmədiyini də açıqlayır.
Müharibəni kim başladacaq?
Ermənistanda aprelin 2-də parlament seçkiləri keçiriləcək. Bu
seçkidən sonra ölkədə parlament üsul-idarəsinə keçid başlanacaq.
Lakin İrəvanın nəzarətində olan qondarma “DQR”-də bunun əksinə
olaraq, “prezident üsul-idarəsinə keçid” üçün “referendum”
keçirilməsi diqqəti çəkir.
Sarkisyan hakimiyyətinə yaxın politoloq bunun “Qarabağın
təhlükəsizliyini gücləndirmək” məqsədi daşıdığını iddia edir və
əsas məqamı ciddi-cəhdlə gizlədir.
Əsas məqam: Serj Sarkisyan partiyasından
namizədliyini irəli sürmür, əvəzində seçkidən sonra səlahiyyətləri
azalacaq və ölkəyə rəhbərliyi baş nazir Karen Karapetyan edəcək.
Sarkisyanın prezident səlahiyyətləri isə 2018-ci ildə başa çatacaq.
Hesab etmək olar ki, Sarkisyan Qarabağda “prezident üsul idarəsi”
yaratmaqla “Qarabağ klanını” gücləndirmək və gələcəkdə bunun
üzərindən təsir imkanlarını genişləndirmək niyyətindədir.
Ona yaxın siyasətçilər isə “referendum”u “təhlükəsizliklə”
bağlayaraq, əhalinin dəstəyini təmin etməyə çalışır.
Misal üçün, Sarkisyan hakimiyyətinin “ruporu” rolunda çıxış edən
politoloq Stepan Safaryan deyir ki, “referendum”la hakimiyyət
(rejim – red.) güclənəcək və müharibə şəraitində daha çevik hərəkət
edəcək.
Diqqətin “düşmənə” yönəldilməsi “referendum”a qarşı çıxanların
olduğunu təsdiqləyir. Xüsusilə müxalifətdə olan millətçi
“daşnaksütyün” partiyası qondarma “DQR”-dəki “referendum”a etiraz
edir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
“Daşnaksütyun”un nümayəndəsi Kiro Manoyan hesab edir ki,
keçiriləcək “referendum” “DQR” rejiminin güclənməsinə hesablanıb:
“Bu hakimiyyətin bir əldə cəmlənməsi və istədiyini etməyə
hesablanmış addımdır. Bu, demokratiyaya qarşıdır”.
Sarkisyanın planına qarşı olanlar kifayət qədər güclüdür və məhz
güclü rəqibləri neytrallaşdırmaq, “referendum” öncəsi əhalinin
diqqətini “düşmən obrazında təqdim etdikləri Azərbaycan
təhlükəsinə” yönəltmək və “referendum Qarabağın təhlükəsizliyini
gücləndirməyə xidmət edir” tezisini təsdiqləmək üçün hansı addım
atıla bilər?! Təbii ki, cəbhədə hərbi toqquşmalar.
Böyük ehtimalla, sabahdan başlayaraq, cəbhədə erməni hərbi
birləşmələrinin təxribatı güclənəcək, hətta lokal toqquşmaların
olması da mümkündür. Və çox güman ki, Putinin “adamı” Markov da
“Münhen görüşündən sonra Qarabağda qorxulu hadisələr baş verəcək”
deməklə diqqəti bu məqama çəkmək istəyirdi. Sabah cəbhədə
toqquşmalar başlanarsa, bu, heç də təəccüblü olmayacaq.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR